Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən iclasda nazir Rafael Əliyev bildirib ki, cari ilin 6 ayında Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 62 milyon 916 min 100 manat təyinata qarşı 108,8 faiz icra olunub, büdcəyə nəzərdə tutulandan 5 milyon 549 min 146 manat çox vəsait mədaxil edilib.

24-25 iyun 2021-ci il tarixlərində Maliyyə Tədris Mərkəzində “Mənzil və kommunal təsərrüfatı müəssisələrində əməkhaqqı cədvəllərinin elektron tərtibi sistemi” adlı iki günlük təlim keçirilib. Təlimə mənzil və kommunal müəssisələrinin maliyyə və mühasibatlıq sahəsində çalışan 30 nəfər işçi cəlb edilib. Tədbiri giriş sözü ilə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova açaraq iştirakçılara təlimin məqsədi və əhəmiyyəti barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində hüquq-mühafizə orqanlarında çalışan maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə “Büdcə təşkilatlarında uçot və hesabat” adlı təlim keçirilib.

3 iyun 2021-ci il tarixində Naxçıvan Biznes Mərkəzində “Sahibkarlıq fəaliyyətinin idarə olunmasında mühasibat uçotunun rolu və beynəlxalq standartların tətbiqinin zəruriliyi” mövzusunda seminar-treninq keçirilib.

26-27 may 2021-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində təşkil olunan iki günlük təlimə muxtar respublikada fəaliyyət göstərən müxtəlif təşkilatlardan 12 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq 20 may 2021-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Startapda maliyyənin idarə edilməsi“ mövzusunda təlim keçirilib.

6-7 may 2021-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının  Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Yeni dövrün ən yaxşı mühasibi” müsabiqəsi keçirilib.

1 ... 8 9 10 11 12 13 14 15 16 ... 45
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


www.onp.az

maliyye.onp.az

maliyye2.onp.az


APREL-SENTYABR