Ölkəmizdə, eləcə də muxtar respublikada uğurla həyata keçirilən dövlət gənclər siyasəti və bu sahədə görülən ardıcıl tədbirlər öz davamiyyətini qorumaqdadır. Bu gün muxtar respublikada gənclərin asudə vaxtının səmərəli təşkili, intellektual inkişafının təmin edilməsi, onların gələcəyin əsl vətəndaşı kimi yetişdirilməsi üçün hər cür şərait yaradılıb. Gənclər üçün belə tədbirlərin təşkil olunması isə artıq ənənə halını alıb. Belə tədbirlərin davamı olaraq 4 avqust 2021-ci il tarixində icrası Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən həyata keçirilən növbəti “Gələcək üçün maliyyə” adlı təlim keçirilib.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası