29 mart tarixində Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində muxtar respublikanın mədəniyyət müəssisələrinin maliyyə və mühasibat işçilərinin iştirak etdiyi, 12 nəfərlik qruplar şəklində təlimlərə start verilib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova iştirakçılara təlimin mahiyyəti barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikasının  Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarında maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində işlərini davam etdirir. Üç gün ərzində keçirilməsi nəzərdə tutulan təlimdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət  Nazirliyinin 12 nəfər maliyyə-mühasibat işçisi iştirak edib. Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda iki günlük təlim keçirilib. Təlimin keçirilməsində məqsəd muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında işçilərin məzuniyyət hüququnun mövcud qanunvericiliyə uyğun olaraq təmin edilməsindən ibarətdir. İki gün 4 saat müddətində keçirilən  təlimə müxtəlif təşkilatlarda fəaliyyət göstərən 12 nəfər maliyyə-mühasibat mütəxəssisi cəlb edilib.  Təşkil olunmuş tədbiri Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova giriş sözü ilə açaraq təlimin aktuallığı və mahiyyəti barədə danışıb.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində 8 mart-Beynəlxalq Qadınlar günü münasibətilə seminar keçirilib. “Yeni dövrün çağırışları: Rəqəmsal mühasibatlıq” adlı seminara maliyyə-mühasibatlıq sahəsində çalışan 12 mühasib xanım cəlb olunub. Tədbirin keçirilməsində əsas məqsəd bütün sahələrə sürətli dəyişikliklər gətirən rəqəmsal keçidin mühasibat peşəsinə təsiri və gələcək gözləntilərlə bağlı maarifləndirmə işinin aparılmasından ibarətdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 25 fevral 2021-ci il tarixində Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüşü keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Ali və orta ixtisas müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında" 2019-cu il aprel ayının 03-də imzaladığı Sərəncamın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 24 fevral 2021-ci il tarixdə "Naxçıvan" Universitetinin "Maliyyə" və "Mühasibat uçotu və audit" ixtisasları üzrə təhsil alan tələbələri ilə görüşü keçirilib.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Hüseyn Cavid adına Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbində “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində təlim keçirilib. Layihənin əsas məqsədi ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdə maliyyə savadlılığı, qənaət, yığım və digər bacarıqlarını erkən yaşlardan inkişaf etdirilməsindən ibarətdir. 40-dan çox məktəblinin iştirakı ilə keçirilən təlim şagirdlərə maliyyə savadlılığı üzrə biliklərin əldə edilməsi və bu biliklərin təqdim edilməsi, onların yaradıcı düşünmə bacarıqlarının artırılması və maliyyə savadlılığının təşviq edilməsi  imkanı yaradır.

1 ... 11 12 13 14 15 16 17 18 19 ... 46
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası