1-3 may 2019-cu il tarixlərində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində Maliyyə Nazirliyinin əməkdaşları üçün “Ofis proqramları” adlı təlim keçirilib. 3 modul və 9 saatdan ibarət olan təlimə Maliyyə Nazirliyinin aparatından 20 əməkdaş cəlb olunub.