Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilən “Qısamüddətli aktivlərlə bağlı əməliyyatların uçotda əks etdirilməsi” adlı 2 günlük təkmilləşdirici təlimə yekun vurulub.
Təlimə muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən müxtəlif təşkilatlarından 12 maliyyə - mühasibat işçisi cəlb olunub. Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.
Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Mehriban İmanova iştirakçılara peşəkar mühasib sertifikatının verilməsi qaydaları haqqında, təlimin məqsədi, keçirilməsinin zəruriliyi və mahiyyəti barədə məlumat verib.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası