24-25 oktyabr 2022-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində Büdcə təşkilatlarında əməliyyatların maliyyə bərabərliyində qeydiyyatı və vergi uçotu” mövzusunda təkmilləşdirici iki günlük təlim keçirilib.


20-22 oktyabr 2022-ci il tarixlərində Kocaeli Universitetinin rəhbərliyində Anadolu Elmlər Akademiyası, Beykoz Universiteti, Kocaeli Universiteti, Kocaeli Böyükşəhər Bələdiyyəsi və Kartepe Bələdiyyəsi ilə birgə hibrid model əsasında “5-ci Beynəlxalq Turizm, İqtisadiyyat, Biznes  Elmləri Konfransı” (ICTEBS) keçirilib.
Konfransın məqsədi turizm, biznes və iqtisadiyyat mövzuları ilə bağlı akademikləri və tədqiqatçıları bir araya gətirmək, onlar arasında qarşılıqlı əlaqə imkanı, elmi biliklərin paylaşılması və müzakirə edilməsi üçün mühit yaratmaqdır. Beynəlxalq konfransın Elmi Şurasının üzvü olan Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanova ölkəmizi təmsil edən tək nümayəndə olaraq tədbirdə iştirak edib.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası