» » Naxçıvan Muxtar Respublikasında qiymətli metallar və qiymətli daşlarla aparılan əməliyyatlar üzrə dövlət tənzimləmə mexanizminin təkmilləşdirilməsi haqqında
 
 

Naxçıvan Muxtar Respublikasında qiymətli metallar və qiymətli daşlarla aparılan əməliyyatlar üzrə dövlət tənzimləmə mexanizminin təkmilləşdirilməsi haqqında

Naxçıvan Muxtar Respublikasında qiymətli metallar və qiymətli 
daşlarla aparılan əməliyyatlar üzrə dövlət tənzimləmə 
mexanizminin təkmilləşdirilməsi haqqında 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının analizinin və ekspertizasının keçirilməsi halları və Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 10 may tarixli 121 nömrəli, “Dövlət əyar damğalarının və ad damğalarının izlərinin ekspertizasının keçirilməsi halları və Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 10 may tarixli 122 nömrəli, “Qiymətli daşların ekspertizasının və diaqnostikasının keçirilməsi halları və Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 26 sentyabr tarixli 218 nömrəli, “Qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış, muzeylərdə və qanunvericiliklə müəyyən edilmiş digər yerlərdə saxlanılan əşyaların ekspertizasının keçirilməsi halları və Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 26 sentyabr tarixli 219 nömrəli və “Qiymətli metalların və qiymətli daşların sertifikatlaşdırılma qaydaları, onlardan hazırlanan məhsulların (zərgərlik və digər məişət məmulatları istisna olmaqla) növlərinin siyahısını, sertifikatlaşdırılma formalarını, habelə bu məhsul növlərinin sertifikatlaşdırılmasını tələb edən hallar”ın təsdiq edilməsi haqqında” 2008-ci il 29 fevral tarixli 60 nömrəli qərarlarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının analizinin və ekspertizasının keçirilməsi halları və Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Dövlət əyar damğalarının və ad damğalarının izlərinin ekspertizasının keçirilməsi halları və Qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Qiymətli daşların ekspertizasının və diaqnostikasının keçirilməsi halları və Qaydaları” təsdiq edilsin (3 nömrəli əlavə).
4. “Qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış, muzeylərdə və qanunvericiliklə müəyyən edilmiş digər yerlərdə saxlanılan əşyaların ekspertizasının keçirilməsi halları və Qaydaları” təsdiq edilsin (4 nömrəli əlavə).
5. “Qiymətli metalların və qiymətli daşların sertifikatlaşdırılma qaydaları, onlardan hazırlanan məhsulların (zərgərlik və digər məişət məmulatları istisna olmaqla) növlərinin siyahısını, sertifikatlaşdırılma formalarını, habelə bu məhsul növlərinin sertifikatlaşdırılmasını tələb edən hallar” təsdiq edilsin (5 nömrəli əlavə).
 
Naxçıvan Muxtar Respublikasının 
                 Baş naziri:                                                    Ə.Baxşıyev 

 
 
«19» sentyabr 2018-ci il
№ 156



Naxçıvan   Muxtar   Respublikası  Nazirlər

Kabinetinin 2018-ci il “19” sentyabr tarixli

156 nömrəli qərarı ilə təsdiq edilmişdir 

 

                  1 nömrəli əlavə

 

 

Qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə 

qiymətli metal qırıntılarının və tullantılarının 

analizinin və ekspertizasının keçirilməsi 

 

H A L L A R I   V Ə   Q A Y D A L A R I

 

1. Bu Qaydalar qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının (bundan sonra - məmulat) analizinin və ekspertizasının keçirilməsi hallarını və qaydalarını müəyyən edir.

2. Məmulatların analizi və ekspertizası aşağıdakı hallarda aparılır:

hüquqi və fiziki şəxslərin (bundan sonra - şəxs) rəsmi müraciətləri olduqda; 

qanuna müvafiq olaraq üzərində dövlət nəzarəti həyata keçirilən şəxslərdən nümunə üçün götürülmüş məmulatların yoxlanılması lazım olduqda; 

məmulatın damğalanması zamanı.

3. Məmulatların analizi və ekspertizası Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi (bundan sonra - Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi) tərəfindən həyata keçirilir.

4. Analizin və ekspertizanın keçirilməsinə dair şəxs tərəfindən təqdim olunmuş müraciətdə Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi qarşısında qoyulan suallar öz əksini tapmalı və bu tədqiqatların aparılması üçün təqdim edilən məmulatlar əlavə olunmalıdır.

5. Analiz və ekspertiza, bir qayda olaraq, 1 (bir) ay müddətində həyata keçirilməlidir.

    Analizin və ekspertizanın aparılması 1 (bir) ay ərzində mümkün olmadıqda, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi tərəfindən analizin və ekspertizanın aparılması üçün müraciət edən şəxs məlumatlandırılır və onunla razılaşdırılaraq, tədqiqatların aparılması üçün əlavə müddət təyin olunur.

6. Analizin və ekspertizanın aparılması üçün təqdim olunan məmulatın əyarlanma prosesində tərkibindəki qiymətli metalların miqdarını yüksək dəqiqliklə müəyyən etmək mümkün olmadıqda, spektral və kimyəvi analiz üsullarından istifadə olunur.

Spektral və kimyəvi analiz üsulları qüvvədə olan dövlət standartlarına və texniki şərtlərə uyğun aparılır.

7. Ekspertizanı həll etməsi üçün nəzərdə tutulan suallar ekspertin səlahiyyətlərinə aid olmadıqda və ya təqdim edilmiş məmulatlarla tədqiqatların həyata keçirilməsi qeyri-mümkün olduqda, bu barədə analizin və ekspertizanın aparılması üçün müraciət etmiş şəxsə məlumat verilir.

8. Aparılmış tədqiqatlar əsasında əldə edilmiş nəticələr nəzərə alınmaqla, ekspert (ekspertlər) öz adından yazılı rəy verir və onu imzalayır. Ekspertin (ekspertlərin) imzası Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsinin möhürü ilə təsdiq olunur.

Rəy 2 (iki) nüsxədə tərtib edilir və onun 1 (bir) nüsxəsi Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsində saxlanılır, digər nüsxəsi isə təqdim olunmuş materiallar (onların qalıqları) da qaytarılmaq şərti ilə müraciət edən şəxsə verilir.

Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və şəxs tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir.

Əgər ekspert tədqiqat apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, onun bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə hüququ vardır.

9. Qanuna müvafiq olaraq üzərində dövlət nəzarəti həyata keçirilən sahibkarlıq subyektlərindən nümunə kimi götürülmüş məmulatların yoxlanılması ilə əlaqədar keçirilən qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının analizinin və ekspertizasının nəticələri qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilir.

10. Şəxs aparılmış tədqiqatın nəticələri ilə razılaşmadıqda, o, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər.

 

 

 

Naxçıvan   Muxtar   Respublikası  Nazirlər

Kabinetinin 2018-ci il “19” sentyabr tarixli 

156 nömrəli qərarı ilə təsdiq edilmişdir 

 

                    2 nömrəli əlavə

 

 

Dövlət əyar damğalarının və ad damğalarının 

izlərinin ekspertizasının keçirilməsi 

 

H A L L A R I   V Ə   Q A Y D A L A R I

 

1. Bu Qaydalar dövlət əyar damğalarının və ad damğalarının izlərinin ekspertizasının keçirilməsi hallarını və qaydalarını müəyyən edir.

2. Dövlət əyar damğalarının və ad damğalarının izlərinin ekspertizasının keçirilməsi hüquqi və fiziki şəxslərin (bundan sonra - şəxs) rəsmi müraciətləri əsasında aparılır və qiymətli metallardan hazırlanmış məmulatlarda əyar damğalarının və ad damğalarının izlərinin həqiqiliyini müəyyən edir.

3. Dövlət əyar damğalarının və ad damğalarının izlərinin ekspertizası Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi (bundan sonra - Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi) tərəfindən həyata keçirilir.

4. Ekspertizanın keçirilməsinə dair təqdim olunmuş müraciətdə ekspertiza qarşısında qoyulan suallar öz əksini tapmalı və ekspertizaya təqdim edilən məmulatlar əlavə olunmalıdır.

5. Ekspertiza müraciət daxil olduğu vaxtdan, bir qayda olaraq, 1 (bir) ay müddətində həyata keçirilməlidir.

Ekspertizanın aparılması 1 (bir) ay ərzində mümkün olmadıqda, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi tərəfindən ekspertizanın aparılması üçün müraciət edən şəxs məlumatlandırılır və onunla razılaşdırılaraq, ekspertizanın aparılması üçün əlavə müddət təyin olunur.

6. Məmulatlarda olan əyar damğalarının izlərinin ekspertizası aşağıdakı qaydada aparılır:

konfiqurasiyanın oxşarlığını müəyyən etməklə; 

çərçivənin ölçülərinin eyniliyini müəyyən etməklə; 

optik cihazın köməyi ilə damğaların şəkillərinin relyefinə uyğun olaraq elementlərin qrafiki yerinə yetirilməsini müəyyən etməklə.

7. Ekspertizanı həll etmək üçün nəzərdə tutulan suallar ekspertin səlahiyyətlərinə aid olmadıqda və ya təqdim edilmiş məmulatlarla tədqiqatların həyata keçirilməsi qeyri-mümkün olduqda, bu barədə analizin və ekspertizanın aparılması üçün müraciət etmiş şəxsə məlumat verilir.

8. Aparılmış tədqiqatlar əsasında əldə edilmiş nəticələr nəzərə alınmaqla, ekspert (ekspertlər) öz adından yazılı rəy verir və onu imzalayır. Ekspertin (ekspertlərin) imzası Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsinin möhürü ilə təsdiq olunur.

Rəy 2 (iki) nüsxədə tərtib edilir və onun 1 (bir) nüsxəsi Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsində saxlanılır, digər nüsxəsi isə müraciət edən şəxsə verilir.

Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və şəxs tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir.

Əgər ekspert tədqiqat apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, onun bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə hüququ vardır.

9. Şəxs aparılmış tədqiqatın nəticələri ilə razılaşmadıqda, o, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər.

 

 

 

 

Naxçıvan  Muxtar   Respublikası   Nazirlər

Kabinetinin 2018-ci il “19” sentyabr tarixli

156 nömrəli qərarı ilə təsdiq edilmişdir 

 

                     3 nömrəli əlavə

 

 

Qiymətli daşların ekspertizasının və diaqnostikasının keçirilməsi 

 

H A L L A R I   V Ə   Q A Y D A L A R I

 

1. Bu Qaydalar qiymətli daşların ekspertizasının və diaqnostikasının keçirilməsi hallarını və qaydalarını müəyyən edir.

2. Qiymətli daşların ekspertizası və diaqnostikası onların keyfiyyət və kəmiyyət xarakteristikalarının təyin edilməsi məqsədi ilə aparılır.

3. Qiymətli daşların ekspertizası və diaqnostikası aşağıdakı hallarda aparılır:

hüquqi və fiziki şəxslərin (bundan sonra - şəxs) rəsmi müraciətləri olduqda; 

qanuna müvafiq olaraq dövlət nəzarəti həyata keçirilən şəxslərdən nümunələr kimi götürülmüş məmulatların yoxlanılması zərurəti yarandıqda; 

qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətli daşların sertifikatlaşdırılması lazım olduqda.

4. Qiymətli daşların ekspertizası və diaqnostikası (qanunvericiliklə nəzərdə tutulmuş cinayət işləri üzrə keçirilən ekspertizalar istisna olmaqla) Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi (bundan sonra - Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi) tərəfindən həyata keçirilir.

5. Ekspertizanın və diaqnostikanın keçirilməsinə dair şəxs tərəfindən təqdim olunmuş müraciətdə Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi qarşısında qoyulan suallar öz əksini tapmalı və müraciətlə birlikdə tədqiq edilməli məmulatlar da təqdim olunmalıdır.

6. Qiymətli daşların ekspertizası və diaqnostikası zamanı aşağıdakı kəmiyyət və keyfiyyət göstəriciləri müəyyən edilir:

 - qiymətli daşların növü;

 - çəkisi (karatla); 

 - sayı (ədədlə); 

 - rəngi və şəffaflığı.

7. Ekspertiza və diaqnostika, bir qayda olaraq, 1 (bir) ay müddətində həyata keçirilməlidir. Ekspertizanın və diaqnostikanın aparılması 1 (bir) ay ərzində mümkün olmadıqda, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi tərəfindən ekspertiza və diaqnostika aparılması üçün müraciət edən şəxs məlumatlandırılır və onunla razılaşdırılaraq, tədqiqatların aparılması üçün əlavə müddət təyin edilir.

8. Ekspertizanın keçirilməsi üçün nəzərdə tutulan suallar ekspertin səlahiyyətlərinə aid olmadıqda və təqdim edilmiş məmulatlarla tədqiqatların həyata keçirilməsi qeyri-mümkün olduqda, bu barədə ekspertizanın və diaqnostikanın aparılması üçün müraciət etmiş şəxsə məlumat verilir.

9. Aparılmış tədqiqatlar əsasında əldə edilmiş nəticələr nəzərə alınmaqla, ekspert (ekspertlər) öz adından yazılı rəy verir və onu imzalayır. Ekspertin (ekspertlərin) imzası Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsinin möhürü ilə təsdiq olunur.

Rəy 2 (iki) nüsxədə tərtib edilir və onun 1 (bir) nüsxəsi Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsində saxlanılır, digər nüsxəsi isə təqdim olunmuş materiallarla birlikdə müraciət edən şəxsə verilir.

Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və şəxs tərəfindən verilmiş suallara əsaslandırılmış cavablar göstərilməlidir.

Əgər ekspert tədqiqat apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, onun bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə hüququ vardır.

10. Qanuna müvafiq olaraq dövlət nəzarəti həyata keçirilən sahibkarlıq subyektlərindən nümunə kimi götürülmüş məmulatların yoxlanılması ilə əlaqədar keçirilən qiymətli daşların ekspertizasının və diaqnostikasının nəticələri qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilir.

11. Şəxs aparılmış tədqiqatın nəticələri ilə razılaşmadıqda, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər.

 

 

 

Naxçıvan   Muxtar    Respublikası Nazirlər 

Kabinetinin 2018-ci il “19” sentyabr tarixli

156 nömrəli qərarı ilə təsdiq edilmişdir 

 

                     4 nömrəli əlavə

 

 

Qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış, muzeylərdə 

və qanunvericiliklə müəyyən edilmiş digər yerlərdə 

saxlanılan əşyaların ekspertizasının keçirilməsi 

 

H A L L A R I   V Ə   Q A Y D A L A R I

 

1. Bu Qaydalar qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış, muzeylərdə və qanunvericiliklə müəyyən edilmiş digər yerlərdə saxlanılan əşyaların ekspertizasının keçirilməsi hallarını və qaydalarını müəyyən edir.

2. Muzeylərdə və qanunvericiliklə müəyyən edilmiş digər yerlərdə saxlanılan qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış əşyaların ekspertizası (qanunvericiliklə nəzərdə tutulmuş cinayət işləri üzrə keçirilən ekspertizalar istisna olmaqla) Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi (bundan sonra - Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi) tərəfindən muzeylərin və qanunvericiliklə müəyyən edilmiş digər yerlərin müdiriyyətinin və ya mülkiyyətçisinin (bundan sonra - tərəf) rəsmi müraciəti əsasında həyata keçirilir.

3. Ekspertizanın keçirilməsinə dair müraciətdə Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi qarşısında qoyulan suallar öz əksini tapmalı və müraciətlə birlikdə tədqiq edilməli olan məmulatlar da təqdim olunmalıdır.

4. Dövlət muzeylərində və qanunvericiliklə müəyyən edilmiş digər dövlət müəssisələrində saxlanılan qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış əşyaların ekspertizasının həmin müəssisələrdən kənarda aparılması zərurəti yarandıqda, bu əşyalar yalnız Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin rəsmi icazəsi əsasında həmin yerlərdən kənara çıxarıla bilər.

5. Aparılan ekspertiza ilə aşağıdakılar müəyyən edilir:

 - əşyanın ümumi çəkisi; 

 - əşyanın ibarət olduğu metalların və daşların növü; 

 - əşyanın qiymətli metallardan olan hissələrinin sayı, çəkisi və əyarı; 

 - əşyada olan qiymətli daşların növü, sayı (ədədlə), ümumi və hər bir daşın ayrı-ayrılıqda çəkisi (karatla), keyfiyyəti (rəngi və şəffaflığı).

6. Ekspertiza, bir qayda olaraq, 1 (bir) ay müddətində həyata keçirilməlidir. Ekspertizanın aparılması 1 (bir) ay ərzində mümkün olmadıqda, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi ekspertizanın aparılması üçün müraciət edən tərəfi məlumatlandırır və onunla razılaşdıraraq, tədqiqatların aparılması üçün əlavə müddət təyin edir.

7. Ekspertizanın keçirilməsi üçün nəzərdə tutulan suallar ekspertin səlahiyyətlərinə aid olmadıqda və ya təqdim edilmiş məmulatlarla tədqiqatların həyata keçirilməsi qeyri-mümkün olduqda, bu barədə ekspertizanın aparılması üçün müraciət etmiş tərəfə məlumat verilir.

8. Aparılmış tədqiqatlar əsasında əldə edilmiş nəticələr nəzərə alınmaqla, ekspert (ekspertlər) öz adından yazılı rəy verir və onu imzalayır. Ekspertin (ekspertlərin) imzası Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsinin möhürü ilə təsdiq olunur. 

Rəy 2 (iki) nüsxədə tərtib edilir və onun 1 (bir) nüsxəsi Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsində saxlanılır, digər nüsxəsi isə təqdim olunmuş materiallarla birlikdə müraciət edən tərəfə verilir.

Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və qoyulmuş suallara əsaslandırılmış cavablar öz əksini tapmalıdır. Əgər ekspert tədqiqat apararkən, iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, onun bu hallar barədə mülahizələrini öz rəyinə daxil etmək hüququ vardır.

9. Ekspertizanın keçirilməsinə dair müraciət etmiş tərəf aparılmış tədqiqatın nəticələri ilə razılaşmadıqda, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər.

 

 

 

 

Naxçıvan   Muxtar   Respublikası  Nazirlər

Kabinetinin 2018-ci il “19” sentyabr tarixli

156 nömrəli qərarı ilə təsdiq edilmişdir 

 

                     5 nömrəli əlavə

 

 

Qiymətli metalların və qiymətli daşların sertifikatlaşdırılma qaydaları, 

onlardan hazırlanan məhsulların (zərgərlik və digər məişət məmulatları

 istisna olmaqla) növlərinin siyahısını, sertifikatlaşdırılma formalarını, 

habelə bu məhsul növlərinin sertifikatlaşdırılmasını tələb edən hallar

 

1. Bu Qaydalar qiymətli metalların və qiymətli daşların sertifikatlaşdırılma qaydalarını, onlardan hazırlanmış məhsulların (zərgərlik və digər məişət məmulatları istisna olmaqla) növlərinin siyahısını, sertifikatlaşdırılma formalarını, habelə bu məhsul növlərinin sertifikatlaşdırılmasını tələb edən halları müəyyən edir.

2. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsul növlərinin sertifikatlaşdırılması qaydaları mövcud qanunvericiliyin tələblərinə uyğun müəyyənləşdirilir.

3. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsul növlərinin sertifikatlaşdırılması Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi (bundan sonra - Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi) tərəfindən həyata keçirilir.

4. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsul növlərinin (zərgərlik və digər məişət məmulatları istisna olmaqla) satışının tənzimlənməsi məqsədi ilə onlar sertifikatlaşdırılır.

5. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsul növlərinin sertifikatlaşdırılması aşağıdakı formalarda həyata keçirilir:

məcburi sertifikatlaşdırma - xüsusi səlahiyyət verilmiş orqan (Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi) tərəfindən məhsul növünün normativ sənədlərin məcburi tələblərinə uyğunluğunun təsdiqi;

könüllü sertifikatlaşdırma - istehsalçının, məhsul növünün istehlakçısının, həmçinin dövlət orqanlarının təşəbbüsü ilə könüllülük əsasında keçirilən sertifikatlaşdırma.

6. Sertifikatlaşdırma sisteminin qaydalarına müvafiq surətdə nəşr edilmiş, lazımi formada eyniləşdirilmiş məhsul, proses və xidmətin konkret standarta və ya digər normativ sənədə uyğunluğunun təmin edildiyini göstərən sənəd uyğunluq sertifikatıdır.

7. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsul növlərinin sertifikatlaşdırılması aşağıdakı ardıcıllıqla həyata keçirilir:

   - sertifikatlaşdırma sifarişinin verilməsi;

   - nümunələrin seçilməsi və sınağı;

   - uyğunluq sertifikatının verilməsi.

Sifarişçilərin müraciətləri əsasında qiymətli metallar və qiymətli daşlar tərkibli məhsul növləri üçün uyğunluq sertifikatının verilməsi sınaq laboratoriyalarında müəyyən edilmiş sınaq nəticələrinin standarta və ya normativ sənədlərə uyğunluğunun təsdiqindən sonra həyata keçirilir. Sınaq üçün nümunələr sertifikatlaşdırma üzrə orqanın nümayəndələri tərəfindən sifarişçinin iştirakı ilə müəyyən edilmiş qaydada (təsadüfi seçmə yolu ilə) seçilir və sınaq laboratoriyasında sınaqdan keçirilir. Sınaq nəticələri üzrə tərtib olunmuş protokolun bir nüsxəsi sınaqdan keçirilmiş nümunələrlə birlikdə sifarişçiyə göndərilir.

8. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsul növlərinin bu qərara əlavə olunmuş siyahısında göstərilmiş məhsulların məcburi sertifikatlaşdırılması tələb olunur.

9. Hüquqi və fiziki şəxslərin müraciətləri əsasında qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsul növlərinin (zərgərlik və digər məişət məmulatları istisna olmaqla) könüllü sertifikatlaşdırılması aparılır.

 

 

 

“Qiymətli metalların və qiymətli daşların

sertifikatlaşdırılma qaydalarını, onlardan 

hazırlanmış    məhsulların   (zərgərlik   və 

digər məişət məmulatları istisna olmaqla)

növlərinin siyahısını,  sertifikatlaşdırılma 

formalarını,  habelə bu məhsul növlərinin

sertifikatlaşdırılmasını tələb edən hallar”a


                            

                            Əlavə

 

Qiymətli metallardan və qiymətli daşlardan hazırlanan məhsul

 (zərgərlik və digər məişət məmulatları istisna olmaqla) növlərinin

S İ Y A H I S I

Məhsulun növü

Məhsulun kodu

Sertifikatlaşdırmanın forması

Məhsulun sertifikatlaşdırılması halları

Cilalanmış qiymətli daşlar

964526; 964527 964528; 964529 964536; 964849

hər bir nümunənin sınaq nəticələrinə görə

pərakəndə ticarətdə fiziki şəxsə satılan hallarda

Emal olunmamış təbii almazlar

964830

istehsalın sertifikatlaşdırılması və  ya keyfiyyət sisteminin sertifikatlaşdırılması

bütün hallarda

Qiymətli metalların külçələri

172111; 172515 173212; 173302 175110; 175112 175210; 175312

hər bir nümunənin 

sınaq nəticələrinə görə

nadir kateqoriyaya aid 

edilən hallarda

Qiymətli metal tərkibli mineral xammallar

175100; 175110 175210; 175300

partiyanın sınaq 

nəticələrinə görə

ölkədən çıxarılan hallarda

Qiymətli metal tərkibli təkrar xammallar

178500; 178510 178520; 178530

partiyanın sınaq

 nəticələrinə görə

ölkədən çıxarılan hallarda

 



  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası