Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına əsasən Naxçıvanda keçirilən “Muzey günləri” çərçivəsində Maliyyə Nazirliyinin kollektivi iyulun 9-da Milli Dəyərlər Muzeyində olublar.
Muzeyin bələdçisi mədəniyyət müəssisəsi barədə ətraflı məlumat verib. Bildirib ki, Milli Dəyərlər Muzeyi 2019-cu il sentyabrın 23-də istifadəyə verilib. Muzey 1 otaq və 3 ekspozisiya zalından ibarətdir. Hazırda muzeyin fondunda 236 eksponat vardır. Ekspozisiyada Azərbaycan Respublikasının Dövlət Bayrağı, Gerbi və Dövlət Himninin mətni, milli geyimlərimiz və qədim mətbəx əşyalarımız, xalçalar və milli musiqi alətlərimiz nümayiş olunur. Milli sənətkarlıq nümunələrindən ibarət eksponatlar, muxtar respublikanın tarixi, mədəniyyəti, memarlıq abidələri, adət-ənənələri ilə bağlı çap olunmuş kitab və ensiklopediyalar, turizm potensialının təbliğinə dair bukletlər müxtəlif guşələrdə sərgilənir.
Sonda ziyarətçilərin sualları cavablandırılıb.