» » Naxçıvan Universitetinin tələbələri ilə görüş keçirilib
 
 

Naxçıvan Universitetinin tələbələri ilə görüş keçirilib

   

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 25 iyun 2021-ci il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq 12 oktyabr  2022-ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının  “Naxçıvan” Universitetində, İdarəetmə fakültəsinin “Maliyyə” və “Mühasibat” ixtisasında təhsil alan tələbələri ilə görüşü keçirilib.
   Görüşdə “İdarəetmə” fakültəsinin dekanı Tural Məmmədzadə ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə müəyyənləşdirilmiş vəzifələrin icrası istiqamətində görülmüş işlərdən danışıb. O, hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrin bacarıqlı mütəxəssis kimi formalaşması, yeni ideyaların üzə çıxarılması, yaradıcı düşüncənin inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələri iştirakçıların diqqətinə çatdırıb.
   Görüş zamanı Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin əməkdaşı Kərim Nəcəfovun təqdimatında “Büdcə sistemi, dövlət büdcəsinin xərc istiqamətləri və onların maliyyələşdirilməsi” mövzusunda məruzəsi dinlənilib. Təqdimat zamanı büdcə ilə bağlı əsas anlayışlar və onların izahı, Azərbaycan Respublikasının büdcə sistemi, 2022-ci ilin icmal büdcəsi, dövlət büdcəsinin strukturu və vahid büdcə təsnifatı  tələbələrə ətraflı izah olunmuşdur.
   Sonda mövzu ətrafında müzakirələr olub, tələbələri maraqlandıran suallar cavablandırılıb. 


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası