Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşları Naxçıvan Dövlət Texniki Kollecinin “Mühasibat uçotu” ixtisasında təhsil alan tələbələrə maarifləndirici təlim keçib.
Kollecin direktoru Asəf Ruşanov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından irəli gələn məsələlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə haqqında məlumat verib. Qeyd edilib ki, keçirilən startap görüşlər və stimullaşdırıcı tədbirlər layihələrin həyata keçirilməsində və ideyaların verilməsində tələbələrin daha fəal iştirakına şərait yaradır.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası