Təlim 20 fevral 2020-ci il tarixində
Naxçıvan Dövlət Texniki Kollecinin II və III kurs Mühasibat uçotu
ixtisasının tələbələri ilə “Gəlirlərin planlaşdırılması və
modelləşdirilməsi” mövzusunda təşkil olunub.
Tədbiri
Kollecin direktoru Asəf Ruşanov giriş sözü ilə açaraq qeyd etmişdir ki,
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin əməkdaşlarının
mütəmadi olaraq Naxçıvan Dövlət Texniki Kollecində keçirdikləri
elmi-praktik tədbirlər müvafiq ixtisasların tələbələrinin yüksək
səviyyədə hazırlığı və eləcə də, mühasibat uçotu sahəsində kadr
potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin
hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir.