Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində Xəzinədarlıq əməliyyatları üzrə sənədlərin elektron tərtibi sistemi ilə bağlı yeni modul qurulmuş və ödəniş tapşırıqları sənədləri bölməsi yaradılmışdır. Bu sistemlə əlaqədar olaraq Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində 2 gün ərzində təlim keçiriləcəkdir. Təlim 2 saat davam edəcək və hər bir qrup üçün 12 nəfər mühasibin iştirakı nəzərdə tutulub. Təlimdə iştirak etmək könüllülük prinsipi əsasında həyata keçirilir. İştirak etmək istəyənlər 18 avqust 2020-ci il tarixinə kimi Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinə müraciət etməlidirlər. Təlimə avqustun 19-da start veriləcək.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası