» » Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş keçirilib
 
 

Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş keçirilib


13 oktyabr 2022-ci il tarixində Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində növbəti hamiliklə bağlı tədbir keçirilib. Tədbiri fakültənin dekanı dosent Əşrəf Ələkbərov açaraq bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında" 25 iyun 2021-ci il tarixli 114-06/S nömrəli Sərəncamının icrası ilə bağlı fakültəmizdə mütəmadi olaraq işlər həyata keçirilir. Bu tədbirlər tələbələrin ixtisaslı kadr kimi formalaşmasında müstəsna əhəmiyyətə malikdir. 
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşı, Büdcə şöbəsinin aparıcı məsləhətçisi Kərim Nəcəfov "Büdcə sistemi, dövlət büdcəsinin xərc istiqamətləri və onların maliyyələşdirilməsi" mövzusunda məruzə ilə çıxış etmişdir. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası