Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 25 aprel 2019-cu il tarixdə Naxçıvan Dövlət Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan I və III kurs tələbələri ilə görüşü keçirilib.
Təlim 25 aprel 2019-cu il tarixdə Maliyyə Tədris Mərkəzinin tədris zalında keçirilib. 3 saat müddətində planlaşdırılan təlimə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən 16, Fövqəladə Hallar Nazirliyindən 5, Gənclər və İdman Nazirliyindən 3 və Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsindən 1 nəfər olmaqla ümumilikdə 25 nəfər mütəxəssis cəlb edilib.