23 aprel 2021-ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Universitetinin “Mühasibat uçotu və audit” ixtisasının tələbələri ilə görüşü keçirilib.
Tədbiri Universitetin İqtisad fakültəsinin dekan müavini Rauf Rəhimov giriş sözü ilə açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının əhəmiyyətindən danışıb.

“Naxçıvan” Universitetinin Maliyyə və Naxçıvan Dövlət Texniki Kollecinin Mühasibat uçotu və audit ixtisası üzrə istehsalat təcrübəsinə cəlb olunan tələbələr arasında Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən “Sahibkarlıqda maliyyə hədəfləri” adlı interaktiv layihə həyata keçirilib. Layihəyə 6 komandadan ibarət 24 tələbə cəlb olunub.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasında mühasibat uçotunun təşkilinin mövcud vəziyyəti və perspektiv inkişaf istiqamətləri” adlı dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanova qeyd edib ki, dəyirmi masanın təşkilində məqsəd muxtar respublikanın müəssisə və təşkilatlarında mühasibat uçotunun beynəlxalq standartlara uyğun təşkili və gələcək inkişaf istiqamətlərinin, eləcə də Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək “Peşəkar Mühasib Sertifikasiyası” imtahanına hazırlığın vəziyyətinin müzakirəsidir.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Səhiyyə müəssisələrində profilaktiki maliyyə nəzarətinin həyata keçirilməsi” adlı  iki günlük təlim keçirilib. Keçirilən təlimdə səhiyyə sahəsində çalışan 12 maliyyə-mühasibat işçisi iştirak edib.

Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində 29 mart tarixindən start götürən və muxtar respublikanın mədəniyyət müəssisələrinin maliyyə və mühasibat işçilərinin cəlb edildiyi təlimlərə 2 aprel tarixində yekun vurulub. Ümumilikdə təlimlərə mədəniyyət sahəsində çalışan 29 nəfər cəlb edilib. Keçirilən təlimlərin məqsədi mədəniyyət işçilərinin əməkhaqqı cədvəllərinin artıq yeni qurulmuş sistem üzərindən işlənilməsidir.

29 mart tarixində Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində muxtar respublikanın mədəniyyət müəssisələrinin maliyyə və mühasibat işçilərinin iştirak etdiyi, 12 nəfərlik qruplar şəklində təlimlərə start verilib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova iştirakçılara təlimin mahiyyəti barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikasının  Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarında maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində işlərini davam etdirir. Üç gün ərzində keçirilməsi nəzərdə tutulan təlimdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət  Nazirliyinin 12 nəfər maliyyə-mühasibat işçisi iştirak edib. Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.

1 ... 10 11 12 13 14 15 16 17 18 ... 39
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası