Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Avropa və Asiya ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrini cəmləşdirən “Mühasiblərin və Auditorların VII Avrasiya Forumu” keçirilib.

5 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi  və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə  “Qənaətcil büdcəm” adlı maarifləndirici təlim keçirilib.
60-dan çox gəncin cəlb olunduğu təlimin məqsədi gənclərin  maliyyə savadlılığı üzrə biliklərini artırmaqla, maliyyə vəsaitlərindən daha ağıllı və səmərəli istifadə etmək bacarıqlarını yüksəltməkdən ibarətdir.



20-23 sentyabr 2021-ci il tarixlərində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yanında Maliyyə Elm Tədris Mərkəzinin Sertifikatlaşdırma və İmtahanların təşkili  şöbəsinin müdiri Gülşən Orucova Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatlarında uçot və hesabat” adlı təlim keçib. Təlimdə büdcə təşkilatlarında çalışan 13 mütəxəssis iştirak edib.

16-17 sentyabr 2021-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində növbəti iki günlük “Aktivlərlə bağlı əməliyyatların uçotda əks etdirilməsi” adlı təlim təşkil olunub.

9-10 sentyabr 2021-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində növbəti iki günlük təlim təşkil olunub. Təlimə muxtar respublikada fəaliyyət göstərən müxtəlif təşkilatlardan 12 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.

2-3 sentyabr 2021-ci il tarixlərində Naxçıvan Muxtar Rsepublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Torpaq, tikili və avadanlıqlar” adlı Mühasibat Uçotunun Beynəlxalq Standartının nəzəri və praktiki izahı mövzusunda iki günlük təlim keçirilib.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən iclasda nazir Rafael Əliyev çıxış edərək aidiyyəti üzrə tapşırıqlar verib.  Avqustun 28-də Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirədə Ali Məclis Sədrinin verdiyi tapşırıqları diqqətə çatdıran maliyyə naziri qeyd edib ki, payız-qış mövsümündə diqqətdə saxlanılacaq birinci məsələ elektrik enerjisi və təbii qaz təchizatıdır. 

1 ... 7 8 9 10 11 12 13 14 15 ... 39
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası