Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi ilə İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin birgə təşkilatçılığı əsasında ərsəyə gələn layihənin açılış tədbirində Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova çıxış edərək Mərkəzin fəaliyyəti ilə bağlı məlumat verib, layihənin əhəmiyyəti haqqında danışıb. 


7-8 aprel 2022-ci il tarixlərində Maliyyə Tədris Mərkəzində   “Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda təkmilləşdirici təlim keçirilib.
Təlimə Rayon İcra Hakimiyyətlərinin tabeliyində olan İnzibati Ərazi Dairə üzrə Nümayəndəliklərdə maliyyə və mühasibatlıq işi üzrə çalışan 21 nəfər əməkdaş cəlb olunub.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin müvafiq şöbələrinin əməkdaşlarının iştirak etdiyi “Startap və maliyyə resurslarının idarə edilməsi” adlı seminarda Naxçıvan Dövlət Universitetinin Mühasibat uçotu və audit ixtisasının istehsalat təcrübəsində olan IV kurs tələbələri iştirak ediblər.


9 mart 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Şahbuz rayonunda “Gələcək üçün maliyyə” layihəsi çərçivəsində növbəti təlim keçirilib.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 7 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru İmanova Mehriban Təyyar qızı “Tərəqqi” medalı ilə təltif edilib.
Əməkdaşımızı Maliyyə Nazirliyinin çoxsaylı kollektivi adından ürəkdən təbrik edir, gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq.


Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşəbbüsü və İstanbul Sərbəst Mühasiblər Palatasının birgə təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Hər qadın bir dünyadır. Mühasib qadınların dünyasına xoş gəldiniz” adlı onlayn görüş keçirilib.

1 ... 3 4 5 6 7 8 9 10 11 ... 39
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası