Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına əsasən Naxçıvanda keçirilən “Muzey günləri” çərçivəsində Maliyyə Nazirliyinin kollektivi iyulun 9-da Milli Dəyərlər Muzeyində olublar.

     

      Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən iclasda nazir Rafael Əliyev bildirib ki, 2022-ci ilin birinci yarımilində Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 71 milyon 540 min manat təyinata qarşı 106,9 faiz icra olunub, büdcəyə nəzərdə tutulandan 4 milyon 956 min 694 manat çox vəsait mədaxil edilib.


     2021-ci ilin noyabr ayında start götürən “Maliyyə məktəbi” layihəsi çərçivəsində “Gələcək üçün maliyyə” mövzusunda təlim başa çatıb. Təlimin keçirilməsində məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onları maliyyə sahəsinə təşviq etməklə gəlir, qənaət, xərc, investisiya, büdcə haqqında məlumatlandırmaqdan ibarət idi. Muxtar respublikanın şəhər və rayonlarını əhatə edən layihədə 150 nəfər gənc iştirak edib.


Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilən “Büdcə təşkilatlarında mühasibat uçotunun təşkili” adlı  təlimə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti, Naxçıvan Muxtar Respublikası Hesablama Palatası, Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası və digər qarışıq təşkilatlardan 23 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.


Naxçıvan Muxtar Respublikasının  Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində  15 iyun – Milli Qurtuluş gününə həsr olunan “Yeni dövrün ən yaxşı mühasibi” adlı II muxtar respublika müsabiqəsi keçirilib.
Maliyyə Tədris Mərkəzinin tədris zalında keçirilən müsabiqədə muxtar respublikanın müəssisə və təşkilatlarında çalışan maliyyə-mühasibat işçiləri, ali və orta istisas təhsili müəssisələrinin tələbələri və bu sahəyə marağı olan şəxslər də daxil olmaqla, onlayn qaydada qeydiyyatdan keçmiş, 45 nəfər iştirak edib. İştirakçıların vaxt imkanı nəzərə alınaraq müsabiqə günün birinci və ikinci yarısında təşkil edilib.


11 may 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Culfa rayonunda “Gələcək üçün maliyyə” layihəsi çərçivəsində növbəti təlim keçirilib.



Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamının icrası ilə bağlı növbəti tədbir  Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə 25 aprel “Sahibkarlar Günü” nə həsr olunub. Tədbir Maliyyə Nazirliyinin əməkdaşlarının və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində istehsalat təcrübəsində olan Naxçıvan Dövlət Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə IV kurs tələbələrinin iştirakı ilə keçirilib.

1 2 3 4 5 6 7 8 9 10 ... 39
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası