Türkiyə Respublikasının Sakarya Universitetinin Sakarya Sərbəst Mühasiblər və Maliyyə Müşavirləri Palatası ilə birgə təşkilatçılığı əsasında “Yeni iqtisadiyyat paradiqmasında kosmos mühasibatlığının yeri” adlı I Beynəlxalq “Workshop” keçirilib. Sakarya şəhərində hibrit qaydada təşkil olunan “Workshop” da Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanova onlayn olaraq ““Ənənəvi kosmos” qavrayışından “Yeni kosmos iqtisadiyyatı” paradiqma dəyişiklinə yolçuluq” mövzusunda çıxış edib.

 

29 noyabr 2022- ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının “Naxçıvan” Universitetinin “Maliyyə” və “Mühasibat” ixtisasında təhsil alan tələbələrlə növbəti görüşü olub. 


28 noyabr 2022- ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin  II kurs “Mühasibat“ ixtisasında təhsil alan tələbələri ilə növbəti görüşü keçirilib.

22 noyabr 2022- ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının  Naxçıvan Dövlət Texniki Kollecinin II kurs “Mühasibat uçotu” ixtisası üzrə təhsil alan tələbələri ilə görüşü keçirilib.



Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi ilə İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin birgə təşkilatçılığı əsasında ərsəyə gələn “Hazır mühasib – Naxçıvan” layihəsinin bağlanış tədbiri keçirilib.


Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə 10 noyabr – Beynəlxalq Mühasiblər Günü münasibətilə “Breyn-rinq” intellektual bilik yarışması təşkil olunub. 
Muzey günləri” çərçivəsində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin kollektivi Duz Muzeyində olublar. Ziyarətçilərə məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən yaradılıb. Sərəncamda qeyd olunur ki, Naxçıvanın Nuh peyğəmbərlə bağlılığı hələ qədim dövrlərdən diqqəti cəlb edib, yunan alimi Klavdi Ptolomey bizim eranın ikinci əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh peyğəmbərin məskəni kimi xatırladıb, XVI əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas Əl-Şərifi Nuh peyğəmbərin qəbrinin, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə məlumatlar da öz əksini tapıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 39
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası