24-25 oktyabr 2022-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində Büdcə təşkilatlarında əməliyyatların maliyyə bərabərliyində qeydiyyatı və vergi uçotu” mövzusunda təkmilləşdirici iki günlük təlim keçirilib.


20-22 oktyabr 2022-ci il tarixlərində Kocaeli Universitetinin rəhbərliyində Anadolu Elmlər Akademiyası, Beykoz Universiteti, Kocaeli Universiteti, Kocaeli Böyükşəhər Bələdiyyəsi və Kartepe Bələdiyyəsi ilə birgə hibrid model əsasında “5-ci Beynəlxalq Turizm, İqtisadiyyat, Biznes  Elmləri Konfransı” (ICTEBS) keçirilib.
Konfransın məqsədi turizm, biznes və iqtisadiyyat mövzuları ilə bağlı akademikləri və tədqiqatçıları bir araya gətirmək, onlar arasında qarşılıqlı əlaqə imkanı, elmi biliklərin paylaşılması və müzakirə edilməsi üçün mühit yaratmaqdır. Beynəlxalq konfransın Elmi Şurasının üzvü olan Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanova ölkəmizi təmsil edən tək nümayəndə olaraq tədbirdə iştirak edib.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Biz inamla irəliyə gedirik. İrəliyə getmək üçün bizim yolumuz açıqdır. Bu yolun təməlini ulu öndər qoymuşdur. Bir daha demək istəyirəm ki, biz bu siyasətə sadiqik. Bizim yolumuz müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi yoludur. Bizi bu yoldan heç kim döndərə bilməz”. Bu gün dövlət başçısının rəhbərliyi ilə müstəqil Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası davamlı inkişaf və tərəqqi dövrünü yaşayır. Sabitlik və sürətli sosial-iqtisadi inkişaf, aparılan genişmiqyaslı quruculuq işləri, açılan yeni iş yerləri, istehsal və xidmət sahələrinin yaradılması dövlət müstəqilliyinin bəhrələridir.
Oktyabrın 18-də – Müstəqilliyin Bərpası  Günündə Şahbuz Rayon Maliyyə Şöbəsi və Statistika İdarəsi üçün yeni inzibati bina isifadəyə verilmişdir.


   Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Maliyyə hesabatlarının hazırlanmasının nəzəri və praktiki əsasları” adlı növbəti iki günlük təlim təşkil olunub. Təlimə muxtar respublikanın mədəniyyət sahəsində fəaliyyət göstərən 18 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.


13 oktyabr 2022-ci il tarixində Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində növbəti hamiliklə bağlı tədbir keçirilib. Tədbiri fakültənin dekanı dosent Əşrəf Ələkbərov açaraq bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında" 25 iyun 2021-ci il tarixli 114-06/S nömrəli Sərəncamının icrası ilə bağlı fakültəmizdə mütəmadi olaraq işlər həyata keçirilir.

    

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 25 iyun 2021-ci il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq 12 oktyabr  2022-ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının "Naxçıvan” Universitetində, İdarəetmə fakültəsinin “Maliyyə” və “Mühasibat” ixtisasında təhsil alan tələbələri ilə görüşü keçirilib.


     11 oktyabr 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 25 iyun 2021-ci il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının  Naxçıvan Dövlət Texniki Kollecinin “Mühasibat uçotu” ixtisası üzrə təhsil alan tələbələri ilə görüşü keçirilib.

1 2 3 4 5 6 7 8 9 10 ... 39
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası