Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilən “Qısamüddətli aktivlərlə bağlı əməliyyatların uçotda əks etdirilməsi” adlı 2 günlük təkmilləşdirici təlimə yekun vurulub.
Təlimə muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən müxtəlif təşkilatlarından 12 maliyyə - mühasibat işçisi cəlb olunub. Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.
Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Mehriban İmanova iştirakçılara peşəkar mühasib sertifikatının verilməsi qaydaları haqqında, təlimin məqsədi, keçirilməsinin zəruriliyi və mahiyyəti barədə məlumat verib.

29 yanvar 2021-ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin və Naxçıvan Gənclər Fondunun təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə “Qənaətcil büdcəmiz” adlı təlim keçirilib. Gənclər Fondunda təşkil olunan təlimə 40-dan çox gənc cəlb olunub. Təlimin ümumi məqsədi iştirakçılara maliyyə vəsaitlərindən daha ağıllı və səmərəli istifadə etmək bacarıqları öyrətməkdir.

27-28 yanvar 2021-ci il tarixində  Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Büdcə uçotu və hesabat” adlı iki günlük təlimə yekun vurulub. Təlimə Naxçıvan Muxtar Respublikasının Təhsil, Səhiyyə Nazirliyi və Dövlət Vergi Xidmətinin maliyyə və mühasibat uçotu sahəsində çalışan 12 nəfər işçisi cəlb olunub. Təlimin əsas məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən kollegiya iclasını Maliyyə naziri Rafael Əliyev açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin 2020-ci ildə gəlirləri 113 milyon 200 min manat təyinata qarşı 116 milyon 718 min 58 manat və ya 103,1 faiz icra olunmaqla, büdcəyə 3 milyon 518 min 58 manat artıq vəsait daxil olub. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən kollegiya iclasını Maliyyə naziri Rafael Əliyev açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin 2020-ci ildə gəlirləri 113 milyon 200 min manat təyinata qarşı 116 milyon 718 min 58 manat və ya 103,1 faiz icra olunmaqla, büdcəyə 3 milyon 518 min 58 manat artıq vəsait daxil olub.

14 yanvar 2021-ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində Xəzinədarlıq əməliyyatları üzrə sənədlərin elektron tərtibi sistemində qurulmuş yeni modulun “Ödəniş tapşırığı” sənədlərinin daxil edilməsi və baxılması bölməsinin praktiki izahı adlı təlimlərə start verilib. 2 saat ərzində davam edən təlimə muxtar respublikanın rayonlarında fəaliyyət göstərən təşkilatlardan 12 maliyyə-mühasibat işçisi cəlb olunub.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə hamiliyə verilmiş Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin Mühasibat uçotu və audit ixtisasında təhsil alan tələbələrin istehsalat təcrübəsinin yekunlaşması ilə əlaqədar 29 dekabr 2020-ci il tarixində layihələrinin təqdimatı olub.

25 dekabr 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində büdcə təşkilatlarında çalışan maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə “Maliyyə hesabatlarının tərtib olunmasının praktiki izahı” mövzusunda növbəti təlim keçirilib. Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.

1 ... 12 13 14 15 16 17 18 19 20 ... 39
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası