Təlimdə büdcədən maliyyələşən müxtəlif təşkilatlardan 12 mütəxəssis iştirak edib.
Təlimin keçirilməsində məqsəd ödəniş tapşırıqları sənədləri bölməsinin iş prinsipinin izahı və sistemdə olan yeniliklərin iştirakçılara öyrədilməsindən ibarətdir.
Əvvəlcə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova çıxış edərək iştirakçılara təlimin məqsədi və əhəmiyyəti barədə məlumat verib.

Təlim Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin maliyyə və mühasibat uçotu sahəsində çalışan 12 nəfər işçisinin cəlb olunduğu təlim Mərkəzin Tədris zalında iki moduldan ibarət olmaqla iki gün müddətində keçiriləcək. Təlimin əsas məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.

Avqustun 12-də Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, hər il muxtar respublikada payız-qış mövsümünə hazırlıq məsələləri diqqətdə saxlanılır, müşavirə keçirilərək aid qurumlara müvafiq tapşırıqlar verilir. Müəssisə və təşkilatların qışa hazırlığı, müşahidə olunan problemlərin aradan qaldırılması mövsümü uğurla başa vurmağa, əhalinin qış aylarında rahatlığının təmin olunmasına imkan verir. Qış mövsümünə hazırlıqla bağlı muxtar respublikada elektrik enerjisi, təbii qaz, içməli su və istilik təminatı sahələrində müvafiq işlər görülür.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulmuş vəzifələrə və yarımilin yekunlarına həsr olunmuş kollegiya iclasını maliyyə nazirinin müavini Həsən İsmayılov açıb. Bildirilib ki, ötən 6 ayda muxtar respublikanın dövlət büdcəsinin gəlirləri 55 milyon 468 min manat təyinata qarşı 103,1 faiz icra olunub, büdcəyə nəzərdə tutulandan 1 milyon 699 min 87 manat çox vəsait mədaxil edilib.

5 avqust 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi və Avropa İttifaqının monitorinq eksperti arasında Naxçıvanda Avropa İttifaqının maliyyələşdirdiyi və icrası Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən həyata keçirilən “Qadınların dayanıqlı inkişafının səlahiyyətləndirilməsi” layihəsi ilə bağlı onlayn müzakirə keçirilib.
Konfransda Maliyyə nazirinin müavini Həsən İsmayılov, Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova və baş mütəxəssis Zəhra İsmayılova iştirak edib.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimə dövlət büdcəsindən maliyyələşən təşkilatlardan maliyyə və mühasibatlıq sahəsində çalışan 70 mütəxəssis cəlb edilib. Təlimin məqsədi beynəlxalq səviyyədə mühasibat uçotunun aparılması təcrübəsi və büdcə təşkilatlarında maliyyə hesabatlarının beynəlxalq uçotu standartlarına uyğun olaraq hazırlanması ilə bağlı biliklərin artırılmasından ibarətdir.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilən videotəlimə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən 10 maliyyə və mühasibatlıq işçisi cəlb edilib.

1 ... 15 16 17 18 19 20 21 22 23 ... 39
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası