Təlim Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin tədris zalında keçirilib. Videotəlimdə muxtar respublikanın təhsil sahəsində fəaliyyət göstərən 14 nəfər maliyyə-mühasibat mütəxəssisi iştirak edib. Təlimin əsas məqsədi muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında işçilərin məzuniyyət hüququnun mövcud qanunvericiliyə uyğun olaraq təmin edilməsindən ibarətdir.

2019-cu ilin sonlarından başlayaraq dünyada yayılmağa başlayan və 2020-ci ildə ölkəmizdə də aşkarlanan koronavirus pandemiyasına qarşı ölkə miqyasında olduğu kimi muxtar respublikada da kompleks qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. 
Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə dövlət müəssisələrində, ticarət, turizm və ictimai iaşə sahələrində xüsusi iş rejimləri tətbiq olunmuş və əhalinin sosial təcrid olunması təmin edilmişdir.

Son zamanlar dünyada yayılmış koronavirus pandemiyası ilə əlaqədar olaraq tədris prosesinin məsafədən təşkil edilməsi zərurəti yaranmışdır. Buna görə də Maliyyə Nazirliyində hamiliyə verilən ixtisasların tələbələri ilə görüşlərin xüsusi platforma üzərindən onlayn qaydada, slaydlarla keçirilməsi prosesinə başlanılıb.

Naxçıvan Muxtar Respublikasında koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr davam edir. Dövlət qurumlarının kollektivləri, hüquqi və fiziki şəxslər muxtar respublika rəhbərliyinin pandemiya ilə bağlı bütün tədbirlərini dəstəkləyir, koronavirusla mübarizəyə dair yardım kampaniyasına qoşularaq vətəndaşların rifahı naminə öz dəstəklərini nümayiş etdirirlər.

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytından istifadə etməklə vətəndaşlar ödəniş kartları vasitəsi ilə asan yolla vəsaitlərin ödənilməsini həyata keçirə bilərlər. Əvvəlcədən nəzərdə tutulduğu kimi, artıq Fondun saytında “İanə et” bölməsi aktivləşdirilmiş və onlayn ödənişlərin qəbul edilməsi təmin edilmişdir.

Muxtar respublika ictimaiyyəti koronavirus (COVID-19) təhlükəsinə qarşı mübarizəyə dəstək nümayiş etdirirlər. Hüquqi və fiziki şəxslər tərəfindən davam etdirilən ianələr sayəsində Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitləri artmaqda davam edir. Belə ki, aprel ayının 8-də edilən 95 min 848 manat ianə ilə birlikdə Fondun vəsaitləri ümumilikdə 4 milyon 390 min 690 manata çatıb.

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət qurumlarının kollektivləri, hüquqi və fiziki şəxslər tərəfindən vəsaitlərin köçürülməsi davam etdirilib. Bununla da aprelin 2-də daha 40 min 400 manat vəsait Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb. Hazırda  fondun hesabında ümumilikdə 4 milyon 222 min  839 manat vəsait vardır.

1 ... 17 18 19 20 21 22 23 24 25 ... 39
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası