Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda növbəti təkmilləşdirici kurs 5-8 noyabr 2018-ci il tarixlərində keçiriləcəkdir.

Muxtar respublikada kənd turizminin ən gözəl ünvanı olan, füsunkar təbiətə malik Ağbulaq İstirahət Mərkəzində təşkil olunmuş həftəsonu istirahətləri davam edir. İstirahət məkanında yerli və əcnəbi turistlərlə yanaşı muxtar respublikanın nazirlik, komitə və təşkilatlarında çalışan dövlət qulluqçuları da istirahət edirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən muxtar respublikanın dövlət qulluqçularının və ailə üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunur.


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda növbəti təkmilləşdirici kurs 23-26 oktyabr 2018-ci il tarixlərində təşkil olunmuş, Nazirliyin tədris zalında keçirilən kursa səhiyyə sahəsində çalışan 20 nəfər mühasibat işçisi cəlb olunmuşdur. Dörd gün davam edən təlimdə Büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması, Xəzinə əməliyyatlarının, Vergi uçotunun təşkili, Büdcə təşkilatlarında mühasibatlıq işinin aparılması, hesabatlarının hazırlanması, müvafiq sahədə qanunvericilik bazasının öyrənilməsi və hüquqi məsuliyyət kimi mövzular iştirakçıların böyük marağına səbəb olmuşdur.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası