Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda növbəti təkmilləşdirici kursa ilk dəfə olaraq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə çalışan mühasibləri dəvət edib. 4-7 dekabr 2018-ci il tarixlərində təşkil olunmuş kursa Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində olan 4 sahə inzibati ərazi dairəsi və 4 inzibati ərazi dairəsi üzrə, Babək Rayon İcra Hakimiyyətinin 7 inzibati ərazi dairəsi üzrə və Culfa Rayon İcra Hakimiyyətinin 7 inzibati ərazi dairəsi üzrə nümayəndəliklərindən 22 nəfər mühasibat işçisi cəlb olunmuşdur. Dörd gün davam edən kursda “icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında maliyyə-mühasibat işinin aparılması”, “xəzinə əməliyyatlarının təşkili və uçot”, “vergi uçotunun təşkili”, “büdcə təşkilatlarında mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması”, “müvafiq sahədə maliyyə və mühasibatlıq işinin aparılması ilə bağlı hüquqi məsuliyyət” kimi mövzular iştirakçılarının diqqətinə çatdırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 dekabr 2018-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yaradılıb.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası