Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsinin təhlili və Azərbaycan Respublikasının dövlət büdcəsi ilə müqayisəli göstəricilər
Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin layihəsində mərkəzləşdirilmiş gəlirlər 74 milyon 297 min manat, yerli gəlirlər 38 milyon 903 min manat, buna müvafiq mərkəzləşdirilmiş xərclər 440 milyon 637 min manat, yerli xərclər 41 milyon 453 min manat proqnozlaşdırılır. Respublika büdcəsindən ayrılması nəzərdə tutulan dotasiyanın məbləği isə 368 milyon 890 min manatdır.

2020-ci il muxtar respublika dövlət büdcəsinin ümumi gəlirlərinin həcmi 113 milyon 200 min manat, yerli büdcələrin (şəhər və rayon büdcələrinin) gəlirlərinin ümumi gəlirlərdə xüsusi çəkisi 34 faizdir.
Muxtar respublika büdcəsində dotasiyanın məbləğinin ümumi xərclərə nisbəti 76,5 faiz, xərclərin yerli gəlirlər hesabına ödənilən hissəsi isə 23,5 faiz proqnozlaşdırılır.
Muxtar respublikada yerli xərclərini tam ödəyə bilməyən rayonların sayı 2 (Şahbuz, Sədərək), yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzi büdcədən ayrılması planlaşdırılan vəsaitin yuxarı həddi 2 milyon 550 min manatdır.
Respublika büdcəsində öz xərclərini ödəyə bilməyən rayonların sayı 25, maliyyə yardımının yuxarı həddi isə 52 milyon 554 min manat planlaşdırılıb.
Ölkə üzrə yerli büdcələrin maliyyələşdirilməsi məqsədilə 1 rayona ayrılan maliyyə yardımının orta göstəricisi 2 milyon 90 min manatdır. Muxtar respublikada bu göstərici ölkə üzrə müəyyən olunan məbləğdən 61 faiz və ya 815 min daha az olmaqla 1 milyon 275 min manatdır.

- Ölkə üzrə əhalinin sayına hesablanmış büdcə göstəriciləri
Muxtar respublikanın dövlət büdcəsində adambaşına düşən gəlirlərin həcmi 250 manat proqnozlaşdırılır. Naxçıvan şəhərində adambaşına düşən büdcə gəlirlərinin məbləği 244 manat olmaqla ölkə üzrə 5-ci sıradadır. Bu göstərici üzrə Naxçıvan şəhəri Gəncə (176), Şəki (131), Yevlax (126), Lənkəran (90) kimi ölkənin aparıcı şəhərlərini geridə qoyur.
- Naftalan şəhəri üzrə göstəricinin kifayət qədər yüksək olmasının səbəbi buranın ölkənin əsas səhiyyə turizm mərkəzlərindən olması və buna müvafiq əhali sayının 10 200 nəfər olmasıdır.
Ordubad rayonu adambaşına düşən gəlirləri ilə ölkə üzrə 25 rayonu (Masallı, Goranboy, Ağdaş, Tərtər, Ucar və Balakən və sair) geridə qoyur. Öz növbəsində Kəngərli rayonu 18, Culfa rayonu 17, Şahbuz rayonu 15, Babək rayonu 9, Şərur rayonu 8 ölkə rayonundan yüksək göstəricilərə malikdir.
- Adambaşına düşən büdcə xərcləri
Xərclərə əsaslı baxış keçirərkən respublika büdcəsində adambaşına düşən büdcə xərclərinin məbləğinin 2990 manat olduğunu görərik. Bu göstərici üzrə də muxtar respublika ölkə ortalamasından 3 dəfəyə yaxın aşağı olub, 1057 manat təşkil etməkdədir.

Ölkə üzrə 73 rayonun yerli büdcəsi üzrə hesablanmış adambaşına düşən büdcə xərcləri üzrə ən aşağı 15 göstəricidən 3-ü muxtar respublikanın rayonlarıdır. (cədvəl 1)
Ölkə üzrə ən aşağı 10 göstərici: Hacıqabul – 46, İmişli – 45, Kürdəmir – 45, Cəbrayıl – 43, Quba 43, Babək – 39, Şərur – 38, Cəlilabad – 36, Sabirabad – 36, Masallı 36 manatdır.


- Naxçıvan şəhərində ölkənin bir çox şəhər və rayonlarından fəqrli olaraq təhsil, səhiyyə, mədəniyyət və digər bir sıra xərclər yerli büdcə hesabına maliyyələşdirilir.
- Yerli büdcələrin (rayon və şəhər) ümumi gəlirləri
Yerli büdcənin gəlirlərinin ümumi həcmində də Naxçıvan şəhəri 22 milyon 906 min manat olmaqla ölkə üzrə 9-cu sırada yerləşir. Bu kriteriyada Naxçıvan şəhəri Şirvan, Lənkəran və Yevlax şəhərlərini geridə qoyur.
Yerli yığımlar üzrə göstəricilərdə Şərur rayonu Balakən, Qax, Daşkəsən, Xızı, Qobustan və Oğuz kimi rayonlardan yuxarı sıradadır.
- Yerlıi büdcələrin (rayon və şəhər) ümumi xərcləri
Muxtar respublikanın rayonlarının (şəhərlərinin) yerli xərcləri də ölkə üzrə göstəricilərdən kifayət qədər aşağı hədlərdədir. Belə ki, ölkə rayonlarının yerli xərclərində ən aşağı 10 göstəricidən 6-sı muxtar respublikanın yerli büdcələridir.
- Ölkə üzrə ən aşağı 16 göstərici: Babək, Ordubad, Lerik, Yardımlı, Xızı, Culfa, Laçın, Zəngilan, Kəngərli, Kəlbəcər, Şuşa, Cəbrayıl, Şahbuz, Xocavənd, Xocalı, Sədərək rayonlarıdır.
Naxçıvan Muxtar Respublikası 2020-ci il dövlət büdcəsinin xərcləri 482 090 000 manat məbləğində proqnozlaşdırılır. Bütövlükdə muxtar respublika üzrə adambaşına düşən büdcə xərcləri 1036 manat təşkil edir. Bu göstərici ölkənin bir sıra regionları ilə müqayisədə ilk baxışda çox görünə bilər, lakin bu halın obyektiv əsasları mövcuddur.
Belə ki, öz konstitusiyasına görə muxtar dövlət statusuna malik Naxçıvanın digər regionlardan fərqli olaraq yerli qanunverici və icraedici orqanları (Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları) mövcuddur.
Eyni zamanda ölkənin digər rayonları üzrə mərkəzləşdirilmiş büdcədən maliyyələşdirilən bir çox xərc istiqamətləri Naxçıvan Muxtar Respublikası üçün muxtar respublika büdcəsindən maliyyələşdirilir.
Belə ki, muxtar respublika büdcəsində əhəmiyyətli paya malik Müdafiə, Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prоkurоrluq, Təhsil, Səhiyyə və Mədəniyyət, incəsənət, infоrmasiya, bədən tərbiyəsi və digər kateqоriyalara aid edilməyən sahədə fəaliyyət bölmələri üzrə xərclərin cəmi 267 milyon 135 min manat olmaqla muxtar respublika büdcəsinin ümimi xərclərinin 55,4 faizini təşkil edir.
Halbuki respublikanın digər şəhər və rayonlarında yuxarıda göstərilən dövlət əhəmiyyətli xərclər mövcud deyil. Rayon və şəhərlərin büdcələrindən yalnız yerli idarəetmə xərclərinin maliyyələşdirilməsi nəzəzrdə tutulur ki, bu xərclər də çox rahatlıqla yerli büdcə gəlirləri hesabına qarşılana bilər.
Əgər qeyd olunan xərclər muxtar respublika büdcəsində nəzərdə tutulmasaydı, büdcənin xərcləri yalnız 214 milyon 955 min manat təşkil edərdi. Belə olan halda muxtar respublikanın öz gəlirləri ümumi xərclərinin 61,3 faizini, tələb olunan dotasiya məbləği də 101 milyon 755 min manat olmaqla ümumi xərclərin 38,7 faizini təşkil edərdi.
- Belə olan halda muxtar respublika üzrə adambaşına düşən büdcə xərcləri 462 manat (hazırda ölkə üzrə 2290 manat, muxtar respublika üzrə 1057 manatdır) təşkil edər.
Ümumilikdə muxtar respublikanın dövlət büdcəsinin yerli gəlirləri, yerli xərcləri, mərkəzləşdirilmiş gəlir və xərcləri, adambaşına düşən gəlir və xərc göstəricilərinin təhlili muxtar respublikanın çox dotasiya aldığını göstərmir, əksinə, bir çox kriteriyalara görə maliyyələşmə respublika büdcəsi və respublika büdcəsinin yerli büdcələri ilə müqayisədə aşağı səviyyədədir.
Maliyyə Nazirliyi
Ölkə üzrə şəhər
və rayon büdcələrinin əhalinin sayına münasibətdə göstəriciləri
Cədvəl 1
Şəhər və rayonlar | Əhalinin sayı | Yerli (min manatla) | Adambaşına düşən (manatla) |
gəlirlər | xərclər | gəlirlər | xərclər |
Naxçıvan şəhəri | 93 700 | 22 906 | 22 906 | 244 | 244 |
Şərur rayonu | 116 600 | 4 478 | 4 478 | 38 | 38 |
Babək rayonu | 75 600 | 2 963 | 2 963 | 39 | 39 |
Ordubad rayonu | 50 000 | 2 958 | 2 958 | 59 | 59 |
Culfa rayonu | 46 700 | 2 316 | 2 316 | 50 | 50 |
Kəngərli rayonu | 32 400 | 1 695 | 1 695 | 52 | 52 |
Şahbuz rayonu | 25 200 | 1 199 | 2 939 | 48 | 117 |
Sədərək rayonu | 15 900 | 386 | 1 196 | 24 | 75 |
Bakı şəhəri | 2 277 500 | 6 947 370 | 333 500 | 3 050 | 146 |
Gəncə şəhəri | 334 000 | 58 909 | 35 958 | 176 | 108 |
Lənkəran şəhəri | 228 700 | 20 646 | 13 973 | 90 | 61 |
Mingəçevir şəhəri | 105 400 | 26 813 | 19 555 | 254 | 186 |
Naftalan şəhəri | 10 200 | 5 176 | 3 289 | 507 | 322 |
Sumqayıt şəhəri | 343 100 | 126 498 | 45 356 | 369 | 132 |
Şəki şəhəri | 186 600 | 24 528 | 12 880 | 131 | 69 |
Şirvan şəhəri | 86 600 | 21 904 | 6 130 | 253 | 71 |
Yevlax şəhəri | 128 500 | 16 245 | 9 470 | 126 | 74 |
Abşeron rayonu | 212 600 | 51 921 | 17 140 | 243 | 81 |
Ağcabədi rayonu | 135 500 | 13 486 | 9 660 | 100 | 71 |
Ağdam rayonu | 202 200 | 5 176 | 10 199 | 26 | 50 |
Ağdaş rayonu | 109 900 | 6 278 | 7 566 | 57 | 69 |
Ağstafa rayonu | 87 900 | 6 363 | 7 644 | 72 | 87 |
Ağsu rayonu | 80 100 | 6 581 | 5 109 | 82 | 64 |
Astara rayonu | 108 600 | 10 296 | 5 747 | 95 | 53 |
Balakən rayonu | 98 300 | 4 433 | 6 371 | 45 | 65 |
Beyləqan rayonu | 98 600 | 10 028 | 6 320 | 102 | 64 |
Bərdə rayonu | 156 300 | 15 254 | 8 895 | 98 | 57 |
Biləsuvar rayonu | 103 800 | 8 239 | 5 082 | 79 | 49 |
Cəbrayıl rayonu | 80 800 | 1 283 | 3 513 | 16 | 43 |
Cəlilabad rayonu | 222 400 | 8 893 | 8 107 | 40 | 36 |
Daşkəsən rayonu | 35 100 | 3 790 | 3 790 | 108 | 108 |
Fizuli rayonu | 132 400 | 7 419 | 10 067 | 56 | 76 |
Gədəbəy rayonu | 100 400 | 6 002 | 7 047 | 60 | 70 |
Goranboy rayonu | 104 100 | 5 485 | 8 840 | 53 | 85 |
Göyçay rayonu | 120 600 | 11 107 | 7 967 | 92 | 66 |
Göygöl rayonu | 63 900 | 12 194 | 6 771 | 191 | 106 |
Hacıqabul rayonu | 75 600 | 7 035 | 3 507 | 93 | 46 |
Xaçmaz rayonu | 178 100 | 28 110 | 9 056 | 158 | 51 |
Xızı rayonu | 16 900 | 2 574 | 3 030 | 152 | 179 |
Xocalı rayonu | 28 600 | 457 | 1 658 | 16 | 58 |
Xocavənd rayonu | 43 800 | 705 | 2 211 | 16 | 50 |
Imişli rayonu | 129 800 | 27 007 | 5 894 | 208 | 45 |
Ismayıllı rayonu | 86 700 | 10 007 | 5 877 | 115 | 68 |
Kəlbəcər rayonu | 93 100 | 1 398 | 4 323 | 15 | 46 |
Kürdəmir rayonu | 116 700 | 9 140 | 5 255 | 78 | 45 |
Qax rayonu | 56 900 | 4 322 | 9 322 | 76 | 164 |
Qazax rayonu | 97 600 | 12 325 | 7 817 | 126 | 80 |
Qəbələ rayonu | 106 600 | 21 127 | 7 569 | 198 | 71 |
Qobustan rayonu | 46 700 | 3 464 | 3 978 | 74 | 85 |
Quba rayonu | 171 700 | 19 953 | 7 404 | 116 | 43 |
Qubadlı rayonu | 41 100 | 3 218 | 3 218 | 78 | 78 |
Qusar rayonu | 98 100 | 10 469 | 5 711 | 107 | 58 |
Laçın rayonu | 77 700 | 2 295 | 4 981 | 30 | 64 |
Lerik rayonu | 84 700 | 2 801 | 5 188 | 33 | 61 |
Masallı rayonu | 225 800 | 10 938 | 7 810 | 48 | 35 |
Neftçala rayonu | 88 000 | 8 961 | 5 970 | 102 | 68 |
Oğuz rayonu | 44 300 | 3 332 | 5 449 | 75 | 123 |
Saatlı rayonu | 107 800 | 11 549 | 8 052 | 107 | 75 |
Sabirabad rayonu | 176 700 | 12 756 | 6 384 | 72 | 36 |
Salyan rayonu | 138 600 | 14 107 | 6 824 | 102 | 49 |
Samux rayonu | 58 300 | 3 540 | 5 321 | 61 | 91 |
Siyəzən rayonu | 42 200 | 4 556 | 3 655 | 108 | 87 |
Şabran rayonu | 59 300 | 6 523 | 3 964 | 110 | 67 |
Şamaxı rayonu | 105 100 | 11 856 | 8 027 | 113 | 76 |
Şəmkir rayonu | 217 200 | 19 362 | 13 894 | 89 | 64 |
Şuşa rayonu | 34 200 | 1 385 | 2 243 | 40 | 66 |
Tərtər rayonu | 104 200 | 5 832 | 8 645 | 56 | 83 |
Tovuz rayonu | 175 500 | 15 397 | 11 143 | 88 | 63 |
Ucar rayonu | 88 600 | 4 923 | 5 876 | 56 | 66 |
Yardımlı rayonu | 67 000 | 2 737 | 4 668 | 41 | 70 |
Zaqatala rayonu | 128 700 | 8 483 | 10 978 | 66 | 85 |
Zəngilan rayonu | 44 800 | 1 898 | 2 825 | 42 | 63 |
Zərdab rayonu | 58 800 | 3 235 | 6 431 | 55 | 109 |
Sənədi yüklə: Tehlil.pdf [288,19 Kb] (yüklənmə sayı: 26)