Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 23 aprel 2019-cu il tarixdə Naxçıvan Universitetinin “Maliyyə” ixtisası üzrə təhsil alan I və II kurs, “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan II kurs tələbələri ilə görüşü keçirilib.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində Naxçıvan Dövlət Texniki Kollecinin Mühasibat uçotu ixtisası üzrə II kurs tələbələri üçün açıq dərs keçirilib. 

Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamı əsasında Maliyyə Nazirliyinin təşkilatçılığı ilə  “İdeyadan başlanğıca” devizi altında növbəti təlim keçirilib.

 “Naxçıvan Məhsulları” publik hüquqi şəxsin yaradılması və muxtar
 respublikada ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı
işinin tənzimlənməsi haqqında
           
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
 
S Ə R Ə N C A M I

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində işlərini davam etdirir.
Bu istiqamətdə 16 aprel 2019-cu il tarixdə maliyyə və mühasibatlıq üzrə mütəxəssislər üçün “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda növbəti təkmilləşdirici təlim öz işinə başlayıb.
Dörd gün, 12 tədris saatı müddətində planlaşdırılan təlimə müxtəlif  büdcə təşkilatlarından bu sahə üzrə fəaliyyət göstərən 24 mütəxəssis cəlb edilib.

Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamı əsasında Maliyyə Nazirliyinin təşkilatçılığı ilə  “İdeyadan başlanğıca” devizi altında təlimlərə start verilib.

Təlim 4 aprel 2019-cu il tarixdə Maliyyə Tədris Mərkəzinin tədris zalında keçirilib. 3 saat müddətində planlaşdırılan təlimə Mədəniyyət Nazirliyi sistemində bu sahə üzrə fəaliyyət göstərən 14 mütəxəssis cəlb edilib. Təlimin əsas məqsədi muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında kargüzarlığın qanunvericiliyin tələblərinə uyğun qurulması, onun vahid sistemə və formaya salınması, kargüzarlığın aparılması işinin daha da təkmilləşdirilməsidir.

1 ... 29 30 31 32 33 34 35 36 37 ... 46
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası