Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Naxçıvan Muxtar Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.


Muxtar respublikada təhsil sahəsinə xüsusi qayğı göstərilir, gənclərin bilikli, ixtisaslı kadr kimi yetişmələri daim diqqətdə saxlanılır, bu sahədə dövlət proqramları təsdiq olunur və genişəhatəli layihələr həyata keçirilir.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı ilə təsdiq olunan Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində təlimlərin keçirilməsinə başlanılıb. 
Mərkəzin Tədris Plan-qrafikinə uyğun olaraq təlimlər muxtar respublika dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan bütün təşkilatlarının aidiyyəti işçilərini əhatə edəcək.


Muxtariyyətinin 95-ci ildönümünü qeyd edən qədim Azərbaycan torpağı Naxçıvan bu gün öz intibah dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gələcəyə hesablanmış inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində Naxçıvan Muxtar Respublikası sürətlə inkişaf edir, günü-gündən çiçəklənir. Qarşıya qoyulan bütün vəzifələrin icra olunması, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, lazımi islahatların vaxtında aparılması, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması muxtar respublikanın uğurlu gələcəyini təmin edir.


İndiyədək Naxçıvan sözünün mənşəyi və etimologiyası barədə ayrı-ayrı tarixi dövrlərdə müxtəlif fikirlər meydana çıxmışdır. Mənbələrdə Naxçıvan sözünün əsasən Naxsuana, Aksuana, Nəşavə, Akçıobon, Nəqçuan, Naxçirvan, Naxcivan, Nəqşi-cahan şəklində işlədildiyi barədə məlumatlar mövcuddur. Bu onomastik vahidlərin hərəsi müxtəlif tarixi mərhələlərdə yaranmış və həmin dövrün ictimai-siyasi şəraitinin nəticəsində formalaşmışdır. Belə ki, Naksuana coğrafi adı yunanlara, Aksuana saklara, Nəşəva ərəblərə, Nəxçir ifadəsi, yaxud Naxçı tayfa bildirən sözlər parfiyalılara, Nəqşi-cahan söz birləşməsi isə farslara aid mənbələrdə özünə yer almış, zaman-zaman yayılaraq genişlənmişdir. Tədqiqatçılardan Avropa yönlü araşdırma aparanlar yunan mənbələrinə, yəni Klavdi Ptolemeyin «Coğrafi təlimlər» kitabına, şərqşünaslar isə ərəbdilli və farsdilli mənbələrə üstünlük vermişlər. Fikrimizcə, digər bu tip anlayışlarla yanaşı, Naxçıvan sözünün etimologiyasını izah edərkən daha çox əcnəbi qaynaqlara istinad olunması həm də keçmiş sovet hakimiyyəti zamanı milli söyköklə bağlı məsələlərin xalqın özünə məxsus qədim mənbələr, ilkin qaynaqlar əsasında öyrənilməsinin məhdudlaşdırılması ilə bağlı olmuşdur. Ölkəmiz müstəqillik qazandıqdan sonra nəhayət ki, bu istiqamətdə ciddi və əhəmiyyətli tədqiqatlar meydana çıxmağa başlamışdır.


31 yanvar 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və Maliyyə Nazirliyinin birgə fəaliyyət planına uyğun olaraq mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib. Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin mülki müdаfiə işinin təşkili şöbəsinin mülki müdafiə işinin təşkili və planlaşdırılması bölməsinin rəisi kapitan Rəcəb Səfərov Maliyyə Nazirliyində “mülki müdafiə işinin təşkili və aparılmasına qoyulan müasir tələblər”, “dəm qazından zəhərlənmə və ondan qorunma yolları” mövzularında iştirakçılara məlumat verib.


Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.

1 ... 32 33 34 35 36 37 38 39 40 ... 46
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası