Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı sərəncamın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 20 dekabr 2018-ci il tarixdə Naxçıvan Universitetinin “Maliyyə” ixtisası üzrə təhsil alan I və III kurs, “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan I kurs tələbələri ilə görüşü keçirilib.


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 19 dekabr 2018-ci il tarixdə Naxçıvan Dövlət Universitetində İqtisad fakültəsinin II kurs Mühasibat uçotu və audit ixtisasının tələbələri ilə görüşü keçirilib.
Universitetin İqtisad fakültəsinin dekan müavini Rauf Rəhimov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamı ilə bir sıra ixtisasların Maliyyə Nazirliyinin hamiliyinə verildiyini bildirib.

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən:
1. 2019-cu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, iyunun 5, 6-sı Ramazan bayramı, avqustun 12, 13-ü Qurban bayramı günləri müəyyən edilərək, qeyri-iş günü hesab olunsun.
2. Bu Sərəncam kütləvi informasiya vasitələrində elan edilsin.

Azərbaycan Respublikasının Baş naziri

Novruz Məmmədov

Bakı şəhəri, 19 dekabr 2018-ci il



“Naxçıvan” Univeristetində İdarəetmə fakültəsinin təşkilatçılığı ilə “Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə açaraq bildirmişdir ki, konfransın məqsədi büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması, mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun təşkili, maliyyə və mühasibatlıq işinin aparılması ilə bağlı hüquqi məsuliyyət və xəzinə əməliyyatlarının təşkili və uçotu haqqında tələbələri məlumatlandırmaq, bu sahədə onların biliklərini artırmaq və təkmilləşdirməkdən ibarətdir. Fakültə dekanı mühasib peşəsinin vacibliyindən danışaraq bu peşənin şərəfli bir sahə olduğunu vurğulayıb.


İnnovativ, şaxələndirilmiş, səmərəli və dayanıqlı inkişaf modelinə köklənmiş Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının idarə olunmasında maliyyə mexanizmindən düzgün istifadə çox mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikada bütün sahələrdə müşahidə olunan inkişaf bu baxımdan real sektorla maliyyə sektoru arasında səmərəli qarşılıqlı əlaqənin təmin edilməsi ilə səciyyələnir.


Belə ki, muxtar respublikada həyata keçirilən büdcə-vergi siyasəti maliyyə sisteminin tərkib hissəsi kimi maliyyə resurslarının məqbul hissəsinin onun əlində cəmləşdirilməsini, mərkəzləşdirilməsini zəruri edir. Bu resurslardan istifadə forması isə dövlətin iqtisadi, siyasi və sosial vəzifələrinin yerinə yetirilməsi tələbatının maliyyə təminatçısı rolunda çıxış edən mərkəzləşdirilmiş pul vəsaiti fondlarıdır.



Tarixi təcrübə sübut edir ki, xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu danılmazdır. Bəşəriyyətin yetirdiyi Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə, tarix yaratmağa və tarixin təkərini nizamlamağa qadir olurlar.
Ulu öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir.


Muxtar respublikada təhsil sahəsinə xüsusi qayğı göstərilir, gənclərin bilikli, ixtisaslı kadr kimi yetişmələri daim diqqətdə saxlanılır, bu sahədə dövlət proqramları təsdiq olunur və geniş əhatəli layihələr həyata keçirilir. Bu gün Maliyyə Nazirliyi tərəfindən icrasına başlanılmış “Gənclərdə büdcə savadlılığı” layihəsi də muxtar respublikada bu sahədə aparılan işlərin davamı rolunu oynayacaq. Belə ki, müasir dövrdə beynəlxalq səviyyədə aktual olan büdcə savadlılığının muxtar respublika gənclərinə aşılanması, bu vərdişlərin onlarda formalaşdırılması dövrün tələbi kimi öz vacibiyyətini qazanmışdır.

1 ... 34 35 36 37 38 39 40 41 42 ... 46
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası