Artıq ənənə halını almış bu tədbirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı əsasında Maliyyə Nazirliyi ilə müvafiq təhsil müəssisələri arasında imzalanmış Tədbirlər Planı əsasında keçirilir. Növbəti təlim isə 23 noyabr 2018-ci il tarixində Naxçıvan Dövlət Texniki Kollecinin II kurs Mühasibat uçotu ixtisaslarının tələbələri ilə “Yerli büdcələrin icrasına və təsərrüfat hesablı dövlət orqanlarında xərclərin maliyyələşdirilməsinə nəzarətdə auditin rolu” mövzusunda təşkil olunub.


Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində Naxçıvan Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan IV kurs tələbələri 6 həftəlik istehsalat təcrübəsinə başlayıblar. 19 noyabr - 29 dekabr 2018-ci il tarixlərini əhatə edən təcrübədə Universitetin 17 nəfər tələbəsi Nazirliyin müxtəlif struktur bölmələrində mövcud iş prosesi ilə tanış ediləcək və müəyyən iş bacarıqlarına sahiblənəcəklər. Təhsil aldıqları ixtisas üzrə təcrübəyə malik olacaq tələbələr, gələcək iş həyatlarında mühüm sayılan vərdişlər əldə edəcəklər.


Ümummilli liderimizin 1990-cı ilin iyulunda Naxçıvana qayıdışı milli azadlıq uğrunda mübarizədə mühüm mərhələ təşkil etdi. Naxçıvandan başlanan milli dirçəliş prosesi bütünlükdə Azərbaycan siyasi mühitini əhatə etməyə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.
Naxçıvana qayıdan ulu öndər milli oyanış və dirçəlişin əsasını qoymaqla nəinki bu bölgəni, bütün Azərbaycanı real təhlükədən xilas etdi. 1990-cı il noyabrın 17-də Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq... üçün yoxancaq və ancaq respublikanın bu ağır və çətin dövrlərində xalqın dərdinə şərik olmaqla vətəndaşlıq borcunu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm,– deyən ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçən Ali Məclisin sessiyasında Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün mühüm siyasi və ideoloji mahiyyət daşıyan tarixi qərarlar qəbul edildi. Həmin dövrü xarakterizə edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir:
Ulu öndər Heydər Əliyev Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa zaman kəsiyində müstəqildemokratik və dünyəvi dövlət yaradılması üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul etdiAzərbaycanın müstəqil dövlət kimi sonrakı fəaliyyətinin bir sıra konseptual istiqamətləri məhz bu dövrdə işlənib hazırlandı. İlk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət bayrağı kimi qəbul olundu”.

Naxçıvan Azərbaycanın və Şərqin ən qədim şəhərlərindən biridir. Antik və orta əsr müəllifləri Naxçıvan şəhərinin eramızdan əvvəl 1539-cu ildə salındığını göstərmişlər. Şəhər haqqında ən erkən məlumat tarixçi İosif Floviyə (e.ə. I əsr) və coğrafiyaşünas Klavdi Ptolemeyə (eramızın II əsri) məxsusdur. Ptolemey «Coğrafiya» əsərində şəhərin adını Naksuana kimi göstərmişdir. Orta əsr ərəb, fars mənbələrində şəhərin adı Nəsavə, Nəqçuan, Nəxçuan, Nəxçəvan şəkillərində də işlənmişdir. Bir sıra mənbələrdə Naxçıvan Nəqşi-cahan (dünyanın bəzəyi) kimi də təqdim olunmuşdu. Naxçıvan toponimini əfsanəvi Nuh peyğəmbərlə bağlı «dünya tufanı» ilə də əlaqələndirilir (Nuhun diyarı). Naxçıvan toponiminin müxtəlif etimoloji izahları mövcuddur.

Gədəbəy qızıl filiz yatağında hasil edilən əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycan Respublikası Hökümətinin mənfəət payı olan – 12865,2 troy unsiya (400,2 kiloqram) miqdarında növbəti partiya qızıl külçələri 02 noyabr 2018-ci il tarixində Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilərək Azərbaycan Respublikası Mərkəzi Bankında yerləşdirilib.


1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı nəinki Azərbay­canın müstəqilliyinin qorunub saxlanmasında, həm də onun dövlətçiliyinin xilasında müstəsna rol oynadı. Ümummilli lider öz qətiyyəti, dərin zəkası, zəngin dövlətçilik təcrü­bəsi və böyük siyasi nüfuzu sayəsində xilaskarlıq missiyasına başladı. Təsadüfi deyil ki, 1995-ci il iyunun 5-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası yaradıldı. Qeyd edək ki, bu ali sənədin müasir dəyərləri özündə ehtiva edən mükəmməl formada qəbul olunmasını reallaşdırmaq üçün ulu öndər layihənin hazırlanması zamanı onun hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə həssaslıqla yanaşmışdı.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində işlərini davam etdirir. 5-8 noyabr tarixlərində təşkil edilən növbəti təkmilləşdirici kursa mənzil-kommunal təsərrüfatı profilli müəssisələrdən 21 nəfər mühasibatlıq işçisi dəvət edilib. Kursda mənzil-kommunal təsərrüfatı müəssisələrinin gəlir və xərclərinin proqnozlaşdırılması və maliyyələşmə istiqamətləri, mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun təşkili, maliyyə və mühasibatlıq işinin aparılması ilə bağlı hüquqi məsuliyyət, büdcə təşkilatlarında xəzinə əməliyyatlarının təşkili və uçot mövzuları üzrə təlimlər keçirilib.


1 ... 36 37 38 39 40 41 42 43 44 ... 46
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası