Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarına müvafiq olaraq vahid büdcə təsnifatda dəyişiklik edilməsi zərurəti son illərdə ölkədə həyata keçirilən iqtisadi islahatlar, dövlət və icmal büdcələrin idarə olunmasında tətbiq olunan qanunvericilik aktlarında aparılmış dəyişikliklərdən irəli gələn məsələlərin təsnifatda nəzərə alınması ilə bağlı olub.
Vahid büdcə təsnifatı ölkədə həyata keçirilən dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin tam təmin edilməsinə yönələn islahatların vacib elementlərindən biridir.
Vahid büdcə təsnifatında edilən dəyişikliyə müvafiq olaraq büdcə gəlirlərinin təsnifatında büdcə təşkilatlarının ödənişli xidmətlərdən daxilolmaları daha geniş  və əhatəli təsnifləşdirilib, təsnifat kodlarına müvafiq əlavələr edilib.
Təsnifatda dəyişikliklər edilərkən beynəlxalq təşkilatların təklifləri də nəzərə alınıb.
Dövlət və icmal büdcələrinin strukturunda edilən əlavə və yeniliklərə (büdcə qaydasının tətbiqi, “Sosial sığorta haqqında” Azərbaycan Respulikası Qanunundan irəli gələn məsələlər və s.) müvafiq olaraq büdcə xərclərinin funksional təsnifatında bölmələrin sayı 14-dən 12-yə azaldılıb, təsnifatın bəzi xərc bölmələri genişləndirilib, bir sıra köməkçi bölmələrin strukturu dəyişdirilib.
Büdcə xərclərinin iqtisadi təsnifatı yenidən işlənilərək bölmələrin sayı 11-dən 10-a azaldılıb.
«Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq olaraq 2020-ci il üçün dövlət və icmal büdcələrinin layihələrinin bu təsnifata uyğun tərtib edilməsi məqsədilə onun tətbiqinə 2019-cu ildən başlanılacaq.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində işlərini davam etdirir.



Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işçilərinin mövcud biliklərinin artırılması və ixtisasların təkmilləşdirilməsi,  müvafiq materialların toplanması və təlimlərin təşkili istiqamətində öz işlərini dinamik şəkildə davam etdirir.


Naxçıvan Muxtar Respublikasında qiymətli metallar və qiymətli 
daşlarla aparılan əməliyyatlar üzrə dövlət tənzimləmə 
mexanizminin təkmilləşdirilməsi haqqında 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

 

Büdcə təşkilatlarında mühasibat uçotunun aparılması büdcə qanunvericiliyinə uyğun olaraq öz xüsusiyyətləri ilə seçilir. Ölkəmizin iqtisadi inkişafı ilə beynəlxalq aləmə inteqrasiyasına müvafiq olaraq mütəmadi şəkildə yeniliklərin tətbiq olunduğu bu istiqamət, büdcə təşkilatlarında çalışan mühasibat və maliyyə işçiləri üçün müasir tələblərə  cavab verəcək şəkildə hazırlanmış tədris-treninq proqramları əsasında kursların keçirilməsini labüd edir. Məhz Maliyyə Tədris Mərkəzi də bu məqamda büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işçilərinin mövcud biliklərinin artırılması və ixtisasların təkmilləşdirilməsi istiqamətində müvafiq materialların toplanması və təlimlərin təşkili istiqamətində öz işlərini dinamik şəkildə davam etdirir.


“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə
 elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət
 növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar 
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 
103 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I



Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Müşavirəni maliyyə naziri Səbuhi Məmmədov açıb.



  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası