Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə hamiliyə verilmiş Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin Mühasibat uçotu və audit ixtisasında təhsil alan tələbələrin istehsalat təcrübəsinin yekunlaşması ilə əlaqədar 29 dekabr 2020-ci il tarixində layihələrinin təqdimatı olub.

25 dekabr 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində büdcə təşkilatlarında çalışan maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə “Maliyyə hesabatlarının tərtib olunmasının praktiki izahı” mövzusunda növbəti təlim keçirilib. Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı təhsilə fərqli yanaşma mexanizminin formalaşmasına, qarşılıqlı və çoxşaxəli fəaliyyət planlarının hazırlanmasına və ən əsası dövlət kadr siyasətinin inkişafına təkan verir.
Bu Sərəncamın icrası ilə əlaqədar hamiliyə verilmiş ixtisasların tələbələri ilə görüşlər təşkil olunur, layihələr keçirilir və tələbələr təcrübələrə cəlb olunurlar. 16 noyabr 2020-ci il tarixindən Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan IV kurs tələbələri Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində istehsalat təcrübəsində iştirak edirlər. Təcrübə müddətində tələbələr tədris plan qrafikinə uyğun olaraq Nazirliyin əməkdaşları tərəfindən keçirilən təlimlərdə iştirak edir, müvafiq şöbələrin iş fəaliyyəti ilə tanış olurlar.


“Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm.”
Vasif TALIBOV, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, 16 dekabr 1995-ci il.
16 dekabr 1995-ci il parlamentin sessiyasında cənab Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilmişdir.



Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür.
Dünya  tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Dövlət qulluğunda etik prinsip qaydaları və işgüzar etiket ” adlı təlim keçirilib. Noyabrın 19-da start verilən təlimə Maliyyə Nazirliyi və Naxçıvan Şəhər Maliyyə İdarəsində çalışan 12 dövlət qulluqçusu cəlb olunub.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi yarandığı gündən etibarən muxtar respublikada fəaliyyət göstərən maliyyə - mühasibatlıq sahəsində çalışan işçilər üçün təlimlər, müsabiqələr təşkil edir, tədris vəsaitləri, buklet və braşuralar çap etdirir.
Maliyyə Nazirliyinin yaradılmasının 100 illik yubileyinə töhfə olaraq Mərkəzin əməkdaşları tərəfindən bir ilkə imza atılmış, rüblük “Maliyyəçi” elmi-praktiki və əyləncəli jurnalın dərc edilməsinə nail olunmuşdur. 5 noyabr 2020-ci il tarixində Nazirliyin strukturunda fəaliyyət göstərən şöbə, idarə müdirləri və digər əməkdaşların iştirakı ilə jurnalın təqdimatı keçirilib.

1 ... 13 14 15 16 17 18 19 20 21 ... 46
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası