Təlim Maliyyə Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Maliyyə Tədris Mərkəzi tərəfindən Babək rayonunda 2 nömrəli qəsəbə məktəbində təşkil edilib. Təlimin əsas məqsədi ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə uşaq yaşlarından başlayaraq ilkin büdcə anlayışlarının aşılanması, maliyyə biliklərinin verilməsi və onlarda yığım vərdişlərinin formalaşdırılması ilə düzgün xərcləmə mədəniyyətinin əsasının qoyulmasıdır.

28 yanvar 2020-ci il tarixində “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinin başa çatması münasibətilə “Duzdağ” otelinin tədbirlər zalında bağlanış mərasimi keçirilib. Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva və Assosiasiyanın layihə rəhbəri Sevinc Rüstəmova çıxış edərək layihənin əhəmiyyətindən, qadınların sahibkarlıq fəaliyyətindəki rolundan bəhs ediblər.

24  yanvar 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Fərdi büdcənin planlaşdırılması” adlı təlim keçirilib. Təlim gənclərin fərdi büdcənin planlaşdırılması ilə bağlı bilik və təcrübələrinin genişləndirməsi, ümumi dünyagörüşlərinin artırılması məqsədi daşıyır.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə qərara alıram:
 1. Culfa rayonunda icbari tibbi sığorta tətbiq edilsin.
 2. Culfa Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilsin.
 3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
 3.1. bu Sərəncamın 2-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin Nizamnaməsini təsdiq etsin və fəaliyyətini təmin etsin;
 3.2. icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Culfa Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşlarının 2020-ci il yanvarın 1-dən 50 faiz artırılmasını təmin etsin.
 4. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Vergi Xidməti və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 16 yanvar 2020-ci il

14-15 yanvar 2020-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Gənclər Mərkəzində maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” adlı iki günlük təlimə start verilib.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində 2019-cu ildə görülmüş işlər və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında qarşıya qoyulan vəzifələr barədə keçirilən kollegiya iclasını Baş Nazirin müavini - Maliyyə naziri Səbuhi Məmmədov açaraq geniş məruzə edib. Bildirilib ki, 2019-cu ildə Naxçıvan Muxtar Respublikasında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman sahəsində həyata keçirilən dövlət siyasətinin dəstəklənməsi, muxtar respublikada müasir infra­strukturun qurulması, yeni yolların inşası, içməli su və kanalizasiya sistemlərinin yaradılması məqsədilə etibarlı maliyyəşmənin təmin edilməsinə nail olunub.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasında aqrar sığorta sisteminin təşkili və inkişafını təmin etmək məqsədilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasında “Aqrar Sığorta Fondu” qeyri-kommersiya hüquqi şəxsi (bundan sonra – Fond) yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. Fondun nizamnaməsini təsdiq etsin;
2.2. Fondun ilkin nizamnamə kapitalının formalaşdırılmasını təmin etsin;
2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Naxçıvan Muxtar Respublikasnının Maliyyə Nazirliyi aqrar sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsini hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulmasını təmin etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 8 yanvar 2020-ci il

1 ... 21 22 23 24 25 26 27 28 29 ... 46
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası