İstilik sistemi olmayan müəssisələrin mal-materiallarla təmin olunması ilə bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Maliyyə nazirinin müavini Həsən İsmayılov çıxış edərək bildirib ki, 2020-ci il avqustun 12-də Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Maliyyə Nazirliyinin qarşısında da bir sıra vəzifələr qoyulub.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Rəfael Əliyev bildirib ki, 100 il bundan əvvəl  Naxçıvan İnqilab Komitəsinin 10 oktyabr 1920-ci il tarixli qərarı ilə Maliyyə Şöbəsi yaradılıb. Bununla da maliyyə sisteminin dövlət tərəfindən tənzimlənməsinin əsası qoyulub.  Sonradan müxtəlif adlarla fəaliyyət göstərən qurum Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1 may 2001-ci il tarixli Fərmanına əsasən  Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi adlandırılıb.

Oktyabr ayının 6-da Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar Maliyyə Tədris Mərkəzi tərəfindən təşkil olunan “Maliyyə həftəsi” layihəsinə start verilib.
4 gün ərzində keçiriləcək layihənin məqsədi muxtar respublikada maliyyə və mühasibat uçotu sahəsində təhsil alan tələbələrə Maliyyə Nazirliyini tanıtmaqla onlarda müvafiq sahəyə maraq yaratmaq, təhsilin səviyyəsinin daha da yüksəldilməsinə stimul vermək və peşəkar kadr kimi formalaşmalarına dəstək olmaqdır. Layihənin hədəf auditoriyası muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində maliyyə və mühasibat uçotu ixtisası üzrə təhsil alan və layihədə iştirakı könüllü olan tələbələrdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı sərəncamın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 30 sentyabr 2020-ci il tarixdə Naxçıvan Universitetinin “Maliyyə” və “Mühasibat uçotu və audit” ixtisasları üzrə təhsil alan tələbələri ilə görüşü keçirilib.

Təlim Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin tədris zalında keçirilib. Təlimdə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlardan bu sahə üzrə çalışan 12 nəfər iştirak edib.
Təlimin təşkil olunmasında məqsəd kadr və kargüzarlıq işinin qanunvericiliyə uyğun təşkili, insan resurslarının idarə olunmasının təkmilləşdirilməsi, iş təcrübəsinin yüksəldilməsi və bu sahədə yeniliklərin tətbiqidir.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində mühasiblər üçün “Kommersiya təşkilatlarında praktiki mühasibatlıq” adlı 3 günlük təkmilləşdirici təlim start götürüb. Sentyabr ayının 16-da başlanan təlimlərə bu sahə üzrə çalışan 12 maliyyə və mühasibatlıq mütəxəssisi cəlb olunub.


Maliyyə Tədris Mərkəzində Xəzinədarlıq əməliyyatları üzrə sənədlərin elektron tərtibi sistemi ilə bağlı keçirilən təlimlərə yekun vurulub.

1 ... 14 15 16 17 18 19 20 21 22 ... 46
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası