Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı sərəncamın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 26 sentyabr 2019-cu il tarixində Naxçıvan Universitetinin “Maliyyə” ixtisası üzrə təhsil alan I və III kurs, “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan I və III  kurs tələbələri ilə görüşü keçirilib.

Bu il ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən minimum əməkhaqqı, bütün növ pensiyalar və dövlət strukturlarında çalışan işçilərin vəzifə maaşları artırılmışdır. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən də əməkhaqlarının artırılması ilə bağlı sərəncamlar imzalanmışdır.

19 sentyabr 2019-cu il tarixində start verilən təlimə Maliyyə Nazirliyinin dövlət qulluqçusu olan 24 əməkdaşı cəlb olunub. 2 gün davam edən təlimin əsas məqsədi dövlət qulluğunda etikanın əhəmiyyəti, dövlət qulluqçularının riayət etməli olduğu əsas etik davranış qaydaları barədə gənc dövlət qulluqçularını məlumatlandırmaqdır.
Təlimin ilk günü “Dövlət qulluğunda etika” adlı mövzuya uyğun olaraq etik qaydalarla bağlı qanunvericilik, dövlət qulluqçularının qarşılaşa biləcəkləri etik dilemmalar, etik davranış qaydalarına dair müzakirələr aparılması məqsədilə qruplarla iş aparılıb və təlimin keyfiyyətinin qiymətləndirilməsi üçün anonim sorğu keçirilib.

Təlim 25 iyun 2019-cu il tarixində Maliyyə Nazirliyinin iclas zalında keçirilib. 3 saat müddətində planlaşdırılan təlimə müxtəlif təşkilatlarda fəaliyyət göstərən 21 nəfər maliyyə-mühasibat mütəxəssisi cəlb edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 22 iyun tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Dövlət Maliyyə nəzarəti idarəsinin rəis müavini Fəxrəddin Məmmədov “Tərəqqi” medalı ilə təltif edilib.

11 iyun 2019-cu il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yerli bölmələrinin əməkdaşları üçün “Ofis proqramları” adlı təlim keçirilib. 3 gün davam edən təlimə 13 iyunda yekun vurulmuşdur.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində hamiliyə verilmiş ixtisaslarda təhsil alan Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin və Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri ilə görüş keçirilib.

1 ... 23 24 25 26 27 28 29 30 31 ... 39
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası