Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 28 mart 2019-cu il tarixdə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin I kurs Mühasibat uçotu və audit ixtisasının tələbələri ilə “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda mühasibat uçotunun aparılması qaydaları” mövzusunda görüşü keçirilib.


Muxtar respublikada təhsil sahəsinə xüsusi qayğı göstərilir, gənclərin bilikli, ixtisaslı kadr kimi yetişmələri daim diqqətdə saxlanılır, bu sahədə dövlət proqramları təsdiq olunur və genişəhatəli layihələr həyata keçirilir.
Maliyyə Nazirliyi tərəfindən icrasına başlanılmış “Gənclərdə büdcə savadlılığı” layihəsi də muxtar respublikada bu sahədə aparılan işlərin davamı rolunu oynayır.
Layihə cərçivəsində növbəti təlim 5 mart 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetində baş tutub.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı ilə təsdiq olunan Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində növbəti təlim keçirilib. 01 mart tarixində keçirilən təlimə muxtar respublikanın səhiyyə sahəsində çalışan 18 maliyyə və mühasibatlıq işçisi cəlb edilib.


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamın icrası ilə bağlı 28 fevral 2019-cu il tarixdə “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin Mühasibat uçotu və audit və Maliyyə ixtisasının tələbələri ilə “Xəzinə əməliyyatlarının aparılmasının təşkilinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda görüşü keçirilib.


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 27 fevral 2019-cu il tarixdə Naxçıvan Dövlət Universitetində İqtisad fakültəsinin II və III kurs Mühasibat uçotu və audit ixtisasının tələbələri ilə görüşü keçirilib. Universitetin İqtisad fakültəsinin dekanı Əşrəf Ələkbərov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamı ilə bir sıra ixtisasların Maliyyə Nazirliyinin hamiliyinə verildiyini bildirib.


27 fevral 2019-cu il tarixdə Naxçıvan Dövlət Texniki Kollecinin II kurs Mühasibat uçotu ixtisasının tələbələri ilə “Xəzinə əməliyyatlarının aparılmasının təşkilinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda görüş təşkil olunub.
TədbirNaxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı əsasında Maliyyə Nazirliyi ilə müvafiq təhsil müəssisələri arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq keçirilib.

Saat 17.00-da bütün Azərbaycan Respublikasının ərazisində olduğu kimi Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində də Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunub. Sükütdan sonra Nazirliyin Aparat rəhbəri Tural Şirəlizadə çıxış edərək bildirib ki, ən qəddar, dəhşətli, kütləvi terror aktlarından biri hesab olunan Xocalı faciəsi zamanı erməni silahlı birləşmələri və 366-cı motoatıcı alayın şəxsi heyəti tərəfindən 613 nəfərin xüsusi amansızlıqla qətlə yetirilməsi xalqımızın qan yaddaşında əbədi qalacaq. Qeyd edib ki, mülki insanların, qocaların, qadınların, xəstələrin, uşaqların, bütöv ailələrin dəhşətli işgəncələrlə məhv edilməsi mənfur erməni xislətinin nəticəsi, bütövlükdə Azərbaycana qarşı yönəlmiş düşmənçilik və terror aktıdır. Tədbirdə fevralın 25-dən 26-na keçən gecə aparılan qanlı döyüşlərdən, bütöv bir şəhərin yerlə-yeksan edilməsindən, xocalıların insanlığa sığmayan vəhşiliklərlə kütləvi şəkildə qırğına məruz qaldıqlarından danışılıb.

1 ... 27 28 29 30 31 32 33 34 35 ... 39
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası