Muxtar respublikada kənd turizminin ən gözəl ünvanı olan, füsunkar təbiətə malik Ağbulaq İstirahət Mərkəzində təşkil olunmuş həftəsonu istirahətləri davam edir. İstirahət məkanında yerli və əcnəbi turistlərlə yanaşı muxtar respublikanın nazirlik, komitə və təşkilatlarında çalışan dövlət qulluqçuları da istirahət edirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən muxtar respublikanın dövlət qulluqçularının və ailə üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunur.


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda növbəti təkmilləşdirici kurs 23-26 oktyabr 2018-ci il tarixlərində təşkil olunmuş, Nazirliyin tədris zalında keçirilən kursa səhiyyə sahəsində çalışan 20 nəfər mühasibat işçisi cəlb olunmuşdur. Dörd gün davam edən təlimdə Büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması, Xəzinə əməliyyatlarının, Vergi uçotunun təşkili, Büdcə təşkilatlarında mühasibatlıq işinin aparılması, hesabatlarının hazırlanması, müvafiq sahədə qanunvericilik bazasının öyrənilməsi və hüquqi məsuliyyət kimi mövzular iştirakçıların böyük marağına səbəb olmuşdur.

Oktyabrın 29-da respublikamızın dilbər guşələrindən olan Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 25 il ötür.
1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənin aramsız hücumlarına sinə gərən Zəngilan işğala məruz qalan sonuncu rayonumuzdur. Qarabağ müharibəsində 188 şəhid verən Zəngilan rayonunun 44 sakini itkin düşmüş sayılır. Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görürdü. Əks-təqdirdə ikinci Xocalı faciəsi yaşana bilərdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı sərəncamın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 26 oktyabr 2018-ci il tarixində Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin Mühasibat uçotu və audit ixtisasının tələbələri ilə “Büdcə gəlirlərinin proqnozlaşdırılması və büdcənin mədaxil hissəsinin formalaşdırılması” mövzusunda görüşü keçirilib.


Məlum olduğu kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncam imzalamışdır. Həmin sərəncamın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin bir qrup əməkdaşı 25 oktyabr 2018-ci il tarixində “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin Maliyyə və Mühasibat uçotu və audit ixtisaslarının tələbələri ilə “Büdcə gəlirlərinin proqnozlaşdırılması və büdcənin mədaxil hissəsinin formalaşdırılması” mövzusunda görüşü keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı sərəncama uyğun olaraq 24 oktyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi əməkdaşlarının Naxçıvan Dövlət Texniki Kollecinin II kurs mühasibat uçotu ixtisası tələbələri ilə görüşü keçirilib.


Maliyyə idarəetməsinin təkmilləşdirilməsi istiqamətində Avstriya Respublikasının Federal Maliyyə Nazirliyinin dəvəti ilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin nümayəndə heyəti 15 – 18 oktyabr tarixləri arasında Avstriyanın paytaxtı Vyanada və Ştiriya Əyalətinin Qrats şəhərində bir sıra görüşlər keçiriblər. Səfərdə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov, Dövlət Maliyyə Nəzarəti İdarəsinin rəisi Rəsul Rəsulov, Büdcə şöbəsinin müdiri Aləm Bağırov, Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova və Nazirlik Aparatının aparıcı məsləhətçisi Qənbər Xudiyev heyətin tərkibində təmsil olunublar.



  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası