Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda növbəti təkmilləşdirici kurs 23-26 oktyabr 2018-ci il tarixlərində keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı sərəncamının icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin tədbirləri davam edir. 2017-2018-ci il üçün təsdiq olunmuş tədris planına uyğun olaraq 26 sentyabr 2018-ci il tarixdə Nazirlik əməkdaşlarının Naxçıvan Dövlət Universiteti İqtisad fakültəsinin tələbələri ilə görüşü keçirilmişdir.

Azərbaycan xalqı XX əsrdə iki dəfə öz müstəqilliyini elan etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Azərbaycanın adı Şərqin və Türk dünyasının tarixinə ilk respublikanın qurulduğu ölkə kimi düşmüşdür. Lakin təəssüf ki, bu respublika cəmi 23 ay fəaliyyət göstərmiş, Azərbaycan XX əsrin sonlarında ikinci dəfə müstəqillik əldə etmişdir. Ötən əsrin 90-cı illərində xalqımız dövlət müstəqilliyinə nail olmuşdur. Azərbaycanın milli müstəqillik konsepsiyası isə daha əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmışdır. Ulu öndər sovet totalitar rejiminin tüğyan etdiyi dövrlərdə böyük uzaqgörənliklə Azərbaycanın gələcək müstəqilliyi üçün mühüm hərbi, iqtisadi, sosial, ideoloji tədbirlər həyata keçirmişdir.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində dövlət büdcəsindən maliyyələşən təşkilatlarda sığorta işinin təşkili məsələləri ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan maliyyə nazirinin müavini Elçin Əliyev sığortanın müasir cəmiyyət həyatındakı rolundan və dövlət maliyyə siyasətinin həyata keçirilməsindəki əhəmiyyətindən danışıb. Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək bildirib ki, muxtar respublikamızda sosial-iqtisadi inkişafın sürətlənməsi ilə sığortaya olan maraq artmaqdadır. Çünki insanların həyatı, sağlamlığı və əmlakının qorunması üçün zəruri tədbirlər görülsə də, qaçınılması mümkün olmayan hadisələr baş verə, insanlara hər hansı bir formada zərərlər dəyə bilər.




Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində işlərini davam etdirir.



Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işçilərinin mövcud biliklərinin artırılması və ixtisasların təkmilləşdirilməsi,  müvafiq materialların toplanması və təlimlərin təşkili istiqamətində öz işlərini dinamik şəkildə davam etdirir.


Büdcə təşkilatlarında mühasibat uçotunun aparılması büdcə qanunvericiliyinə uyğun olaraq öz xüsusiyyətləri ilə seçilir. Ölkəmizin iqtisadi inkişafı ilə beynəlxalq aləmə inteqrasiyasına müvafiq olaraq mütəmadi şəkildə yeniliklərin tətbiq olunduğu bu istiqamət, büdcə təşkilatlarında çalışan mühasibat və maliyyə işçiləri üçün müasir tələblərə  cavab verəcək şəkildə hazırlanmış tədris-treninq proqramları əsasında kursların keçirilməsini labüd edir. Məhz Maliyyə Tədris Mərkəzi də bu məqamda büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işçilərinin mövcud biliklərinin artırılması və ixtisasların təkmilləşdirilməsi istiqamətində müvafiq materialların toplanması və təlimlərin təşkili istiqamətində öz işlərini dinamik şəkildə davam etdirir.



  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası