“Naxçıvan” Universitetinin “Mühasibat uçotu və audit” və “Maliyyə”  ixtisası tələbələri ilə keçirilən görüş 22 noyabr 2019-cu il tarixində baş tutub. Əvvəlcə Universitetin İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə çıxış edərək keçirilən görüşlərin vacibliyini və əhəmiyyətini vurğulayıb.

Maliyyə Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Texniki Kollecində Mühasibat uçotu ixtisasının tələbələri ilə görüşü keçirilib. Kollecin direktoru Asəf Ruşanov “Mühasibat uçotu” ixtisasında təhsil alan tələbələrlə mütəmadi görüşlər keçirildiyini, onların ixtisaslarına daha dərindən yiyələnmələri üçün Maliyyə Nazirliyi tərəfindən lazımi köməklik göstərildiyini vurğulayıb.

Maliyyə Nazirliyində əmək qanunvericiliyi, kadr və kargüzarlıq işinin təşkilinə dair təlim keçirilib. Təlimə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlardan bu sahə üzrə çalışan 20 nəfər mütəxəssis cəlb edilib. Təlimin təşkil olunmasında məqsəd kadr və kargüzarlıq işinin qanunvericiliyə uyğun təşkili, insan resurslarının idarə olunmasının təkmilləşdirilməsi, iş təcrübəsinin yüksəldilməsi və bu sahədə yeniliklərin tətbiqidir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris  Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki 1 nömrəli tam orta məktəbdə “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
50-dən çox məktəblinin iştirak etdiyi təlimdə məktəbin direktoru Aynur Mustafayeva və Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova təlimin mahiyyəti və aktuallığı barədə məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan  şəhər Eynəli Sultanov adına 7№-li tam orta məktəbdə “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib. 70-dən çox məktəblinin iştirak etdiyi tədbirdə məktəbin direktoru Aygün Hüseynova təlimin əhəmiyyəti barədə məlumat verib.

İstilik sistemi olmayan müəssisələrin mal-materiallarla təmin olunması ilə bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Maliyyə nazirinin müavini Həsən İsmayılov çıxış edərək bildirib ki, 2019-cu il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Maliyyə Nazirliyinin qarşısında da bir sıra vəzifələr qoyulub. Nazirliyə muxtar respublikada istilik sistemi olmayan müəssisələrə payız-qış mövsümündə tələb olunan mal-materialın alınması üçün lazımi maliyyə vəsaitinin ayrılmasını təmin etmək, həmçinin dövlət müəssisələrində enerji daşıyıcılarından istifadə zamanı borc qalığının yaranmamasını nəzarətdə saxlamaq tapşırılıb.

1 ... 24 25 26 27 28 29 30 31 32 ... 46
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası