1-3 may 2019-cu il tarixlərində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində  Maliyyə Nazirliyinin əməkdaşları üçün “Ofis proqramları” adlı təlim keçirilib. 3 modul və 9 saatdan ibarət olan təlimə Maliyyə Nazirliyinin aparatından 20 əməkdaş cəlb olunub.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşları Naxçıvan Dövlət Texniki Kollecinin “Mühasibat uçotu” ixtisasında təhsil alan tələbələrə maarifləndirici təlim keçib.
Kollecin direktoru Asəf Ruşanov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından irəli gələn məsələlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə haqqında məlumat verib. Qeyd edilib ki, keçirilən startap görüşlər və stimullaşdırıcı tədbirlər layihələrin həyata keçirilməsində və ideyaların verilməsində tələbələrin daha fəal iştirakına şərait yaradır.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 25 aprel 2019-cu il tarixdə Naxçıvan Dövlət Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan I və III kurs tələbələri ilə görüşü keçirilib.

Təlim 25 aprel 2019-cu il tarixdə Maliyyə Tədris Mərkəzinin tədris zalında keçirilib. 3 saat müddətində planlaşdırılan təlimə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən 16, Fövqəladə Hallar Nazirliyindən 5, Gənclər və İdman Nazirliyindən 3 və Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsindən 1 nəfər olmaqla ümumilikdə 25 nəfər  mütəxəssis cəlb edilib.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 23 aprel 2019-cu il tarixdə Naxçıvan Dövlət Texniki Kollecinin II kurs Mühasibat uçotu ixtisasının tələbələri ilə “Kommunal xərclərin proqnozlaşdırılması və bu xərclərin maliyyələşdirilməsinə nəzarət” mövzusunda görüşü keçirilib.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 23 aprel 2019-cu il tarixdə Naxçıvan Universitetinin “Maliyyə” ixtisası üzrə təhsil alan I və II kurs, “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan II kurs tələbələri ilə görüşü keçirilib.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində Naxçıvan Dövlət Texniki Kollecinin Mühasibat uçotu ixtisası üzrə II kurs tələbələri üçün açıq dərs keçirilib. 

1 ... 25 26 27 28 29 30 31 32 33 ... 39
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası