Oktyabr ayının 6-da Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar Maliyyə Tədris Mərkəzi tərəfindən təşkil olunan “Maliyyə həftəsi” layihəsinə start verilib.
4 gün ərzində keçiriləcək layihənin məqsədi muxtar respublikada maliyyə və mühasibat uçotu sahəsində təhsil alan tələbələrə Maliyyə Nazirliyini tanıtmaqla onlarda müvafiq sahəyə maraq yaratmaq, təhsilin səviyyəsinin daha da yüksəldilməsinə stimul vermək və peşəkar kadr kimi formalaşmalarına dəstək olmaqdır. Layihənin hədəf auditoriyası muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində maliyyə və mühasibat uçotu ixtisası üzrə təhsil alan və layihədə iştirakı könüllü olan tələbələrdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı sərəncamın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 30 sentyabr 2020-ci il tarixdə Naxçıvan Universitetinin “Maliyyə” və “Mühasibat uçotu və audit” ixtisasları üzrə təhsil alan tələbələri ilə görüşü keçirilib.

Təlim Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin tədris zalında keçirilib. Təlimdə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlardan bu sahə üzrə çalışan 12 nəfər iştirak edib.
Təlimin təşkil olunmasında məqsəd kadr və kargüzarlıq işinin qanunvericiliyə uyğun təşkili, insan resurslarının idarə olunmasının təkmilləşdirilməsi, iş təcrübəsinin yüksəldilməsi və bu sahədə yeniliklərin tətbiqidir.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində mühasiblər üçün “Kommersiya təşkilatlarında praktiki mühasibatlıq” adlı 3 günlük təkmilləşdirici təlim start götürüb. Sentyabr ayının 16-da başlanan təlimlərə bu sahə üzrə çalışan 12 maliyyə və mühasibatlıq mütəxəssisi cəlb olunub.


Maliyyə Tədris Mərkəzində Xəzinədarlıq əməliyyatları üzrə sənədlərin elektron tərtibi sistemi ilə bağlı keçirilən təlimlərə yekun vurulub.

13 avqust tarixində start verilmiş təlimin davamı olaraq bu günkü təlimə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan təşkilatların maliyyə və mühasibat uçotu sahəsində çalışan 11 nəfər işçisi cəlb olunub. Təlim Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin Tədris zalında iki moduldan ibarət olmaqla iki gün müddətində keçiriləcək. Təlimin əsas məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.

Avqustun 19-da start verilən təlimlərin davamı olaraq 26 avqust 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Xəzinədarlıq əməliyyatları üzrə sənədlərin elektron tərtibi sistemi” ilə bağlı növbəti təlim keçirilib.
Dövlət büdcəsindən maliyyələşən müxtəlif təşkilatlardan 12 mütəxəssisin iştirak etdiyi təlimdə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova çıxış edərək iştirakçılara təlimin məqsədi və əhəmiyyəti barədə məlumat verib.

1 ... 14 15 16 17 18 19 20 21 22 ... 39
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası