Maliyyə Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Maliyyə Tədris Mərkəzi tərəfindən keçirilən videotəlimə Şərur Rayon Təhsil Şöbəsinin tabeliyində olan məktəblərin şagirdləri cəlb edilib.
Təlimin əsas məqsədi ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə uşaq yaşlarından başlayaraq ilkin büdcə anlayışlarının aşılanması, maliyyə biliklərinin verilməsi və onlarda yığım vərdişlərinin formalaşdırılması ilə düzgün xərcləmə mədəniyyətinin əsasının qoyulmasıdır.

Maliyyə Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Maliyyə Tədris Mərkəzi tərəfindən keçirilən videotəlimə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbinin şagirdləri cəlb edilib. Təlimin əsas məqsədi ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə uşaq yaşlarından başlayaraq ilkin büdcə anlayışlarının aşılanması, maliyyə biliklərinin verilməsi və onlarda yığım vərdişlərinin formalaşdırılması ilə düzgün xərcləmə mədəniyyətinin əsasının qoyulmasıdır.

3 iyun tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə “Maliyyə vəziyyəti haqqında  hesabat" adlı videotəlim keçirilmişdir. Videotəlimdə  Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin əməkdaşları da iştirak etmişdir. 

Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatçılıqı ilə 6 ölkədən iştirakçıların qatıldığı “XXI əsrdə beynəlxalq iqtisadi münasibətlərin prioritet istiqamətləri” mövzusunda onlayn beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransın keçirilməsində əsas məqsəd beynəlxalq iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün ayrı-ayrı ölkələr, onların regional birlikləri, həmçinin ayrı-ayrı müəssisələr (transmilli və çoxmilli şirkətlər) arasında iqtisadi münasibətlərin çoxsəviyyəli təsərrüfat əlaqələrinin kompleks şəkildə təhlil edilib araşdırılmasıdır.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə “Şəxsi maliyyənin idarə edilməsi ” adlı onlayn təlim keçirilib. Təlimə “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin tələbələri  cəlb edilib. Təlimin məqsədi şəxsi büdcənin idarə edilməsi, qənaət vərdişlərinin yaradılması, ağıllı borcalma (kredit) üzrə düzgün qərarların verilməsi sahəsində bilik və bacarıqların təkmilləşdirilməsindən ibarətdır.

Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini-Maliyyə naziri Səbuhi Məmmədov tədbiri giriş sözü ilə açaraq tikinti-quraşdırma işlərinin dəyərinin hesablanmasına Elektron Nəzarət Portalının Maliyyə Nazirliyi tərəfindən hazırlanıb istifadəyə verildiyini vurğulayıb. Qeyd edilib ki, Portalın yaradılmasında məqsəd muxtar respublikada həyata keçirilən tikinti-quraşdırma işlərində şəffaflığın və qiymət intizamına nəzarətin daha effektiv və çevik şəkildə təmin edilməsindən ibarətdir.  

1 ... 16 17 18 19 20 21 22 23 24 ... 39
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası