Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbdə “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
50-dən çox məktəblinin iştirak etdiyi təlimdə Maliyyə Tədris Mərkəzi tərəfindən təlimin mahiyyəti, məktəbli büdcəsinin səmərəli istifadəsi, qənaət, maliyyə məqsədlərinin düzgün qoyulması barədə məlumat verilib.

Müasir dövrümüzdə informasiyanın axtarışı, seçilməsi, qiymətləndirilməsi vərdişlərinə yiyələnmədən həyat və fəaliyyətin istənilən sahəsində uğur əldə etmək qeyri-mümkündür. Bu vərdişlərin reallaşması üçün şəxsin mütaliə və informasiya mədəniyyətinin yüksək səviyyədə olması mühüm şərtdir. Kitab və mütaliənin təbliği bu gün xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biridir.

29 noyabr 2019-cu il tarixində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin əməkdaşlarının peşəkarlığı və bilik səviyyələrinin yoxlanılması məqsədilə test imtahanı keçirilib. Bu məqsədlə Maliyyə Tədris Mərkəzi tərəfindən test bazası yaradılmışdır. Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə imtahan “Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri” şöbəsi tərəfindən yeni yaradılmış  müasir elektron sistem vasitəsilə fərdi kompüterlərdə keçirilmişdir.


2020-ci ildən başlayaraq yeni büdcə təsnifatının tətbiq edilməsi ilə əlaqədar Təsnifatda 2018-ci ilin 11 oktyabr tarixində edilmiş əlavə və dəyişikliklərlə bağlı Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində növbəti təlimə start verilib.    


Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki 2 nömrəli tam orta məktəbdə “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

“Naxçıvan” Universitetinin “Mühasibat uçotu və audit” və “Maliyyə”  ixtisası tələbələri ilə keçirilən görüş 22 noyabr 2019-cu il tarixində baş tutub. Əvvəlcə Universitetin İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə çıxış edərək keçirilən görüşlərin vacibliyini və əhəmiyyətini vurğulayıb.

Maliyyə Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Texniki Kollecində Mühasibat uçotu ixtisasının tələbələri ilə görüşü keçirilib. Kollecin direktoru Asəf Ruşanov “Mühasibat uçotu” ixtisasında təhsil alan tələbələrlə mütəmadi görüşlər keçirildiyini, onların ixtisaslarına daha dərindən yiyələnmələri üçün Maliyyə Nazirliyi tərəfindən lazımi köməklik göstərildiyini vurğulayıb.

1 ... 21 22 23 24 25 26 27 28 29 ... 39
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası